ruN ruN Dizayn software & support
Lisenziya açarları

Açar al

Proqramı seçin, sifariş verin, ödənişi edib qəbzi yükləyin — açar kabinetinizdə və e-poçtunuzda olacaq. Qeydiyyat lazım deyil.

93 açarlı məhsul Ani təhvil Açar sizin adınıza qeydə alınır

WordPress plugin və temaları

Açar saytın domeninə bağlanır. Bir açar — bir canlı sayt; test və staging domenləri limitə daxil deyil.

RunTicker - Xəbər saytları üçün izləmə proqramı WordPress · 7 gün sınaq
7 gün demo v1.0.3

RunTicker - Xəbər saytları üçün izləmə proqramı

RunTicker — seçilmiş xəbər saytlarından ən son başlıqları toplayaraq kompüter ekranında hərəkətli xəbər lenti şəklində göstərən Windows proqramıdır. RSS mənbələrini bir yerdə idarə etməyə, xəbərləri yeniləməyə və lentin görünüşünü fərdiləşdirməyə imkan verir.

  • Müxtəlif xəbər saytlarından RSS mənbələrinin əlavə edilməsi
  • Bir neçə xəbər mənbəyinin vahid paneldən idarə edilməsi
  • Xəbər başlıqlarının avtomatik yenilənməsi
50₼
bir dəfəlik ödəniş
WordPress WordPress
WordPress 5.8+ · PHP

WP Link Inspector

Saytdakı işləməyən linkləri, 404 səhifələrini və yönləndirmə problemlərini tapır.

  • Bütün yazı və səhifələri tarayır
  • 404 və yönləndirmə dövrəsi aşkarlanması
  • Toplu düzəliş və 301 yönləndirmə
13₼
bir dəfəlik ödəniş
RunPost - SMM Planner WordPress · 15 gün sınaq
15 gün demo v1.0.1

RunPost - SMM Planner

RunPost — Facebook, Instagram (Biznes) və Telegram kanalları üçün paylaşımları planlaşdırmağa, avtomatik növbə yaratmağa və sosial media məzmununu vahid interfeysdən idarə etməyə imkan verən Windows proqramıdır.

  • Facebook, Instagram və Telegram hesablarını qoşmaq
  • Sosial media paylaşımlarını əvvəlcədən planlaşdırmaq
  • Paylaşımlar üçün aylıq təqvimdən istifadə etmək
89₼
bir dəfəlik ödəniş
WordPress WordPress
WordPress 5.8+ · PHP

WP Update Risk Checker

Yeniləmədən əvvəl nəyin sınacağını göstərir, hər yeniləməyə risk balı verir.

  • Plagin başına risk balı
  • PHP/WP uyğunluğu yoxlanışı
  • Backup vəziyyətinin aşkarlanması
15₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress
WooCommerce 6.0+ · PHP

RunCheckout Fields

WooCommerce sifariş formasında sahələri şərtə görə göstərir və yoxlayır.

  • Sahələri gizlət, sırala, məcburi et
  • Öz sahələrinizi əlavə edin
  • 10 mənbəli şərt sistemi
50₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Çat

Saytda canlı dəstək söhbəti. Müştəri qeydiyyatsız yazır, siz admin panelindən cavablayırsınız.

  • Qeydiyyat yoxdur — ziyarətçi sadəcə yazır
  • Cavab yazanda müştərinin ekranı özü yenilənir
  • Üst zolaqda bildiriş, səs, brauzer bildirişi
30₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Çat Sihirbaz

Addım-addım sual verən dəstək sihirbazı: problem növü → detal → əlaqə. Sonra canlı yazışmaya çevrilir.

  • Sorğu təmiz və tam gəlir — əlavə sual vermək lazım olmur
  • Üç addım, hər birində geri qayıtmaq olar
  • Qalan hər şey Run Çat ilə eynidir
30₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Çat Panel

Sağdan açılan geniş dəstək paneli. Əvvəl hazır cavablarda axtarır, tapılmasa yazışma başlayır.

  • Hazır cavablar bazası — eyni suallar sizə çatmır
  • Canlı axtarış
  • Geniş panel: mobil və masaüstündə rahat
12₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Çat Lent

Səhifənin altında nazik lent. Açılanda səhifənin üstünü örtmür — oxucu mətni görməyə davam edir.

  • Xəbər saytları üçün ən az mane olan variant
  • Qaranlıq örtük yoxdur
  • İki sütunlu geniş forma
12₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Çat Ekran

Tam ekran dəstək pəncərəsi: bilet nömrəsi və vəziyyət zənciri ilə.

  • Mobil cihazlarda ən rahat variant
  • Müştəri sorğusunun hansı mərhələdə olduğunu görür
  • Qalan hər şey Run Çat ilə eynidir
30₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Filiqran

Yüklənən şəkillərə avtomatik logotip vurur, ölçüsünü kiçildir, standart nisbətə gətirir.

  • Logotip və ya mətn filiqranı, 9 mövqe
  • Avtomatik kiçiltmə — sınaqda fayl 122 KB-dan 21 KB-a düşdü
  • 16:9, 4:5, 1:1 və digər nisbətlər
30₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run IPTV Pleyer

M3U pleylist və ya Xtream API ilə canlı yayımları sayta qoyur.

  • Gutenberg bloku və shortcode
  • Kanal siyahısı, axtarış, qrup filtrləri
  • Xtream giriş məlumatı saytın kodunda görünmür
50₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Paylaşım

Dərc olunan xəbəri Telegram kanalına və Facebook səhifəsinə göndərir.

  • Yalnız ilk dərcdə işləyir — redaktə təkrar göndərmir
  • Şablon: başlıq, qısa mətn, link, müəllif, kateqoriya
  • Gecikdirmə — son anda düzəltmək imkanı
40₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Təcili Xəbər

Təcili xəbərləri axıcı lentlə göstərir.

  • Üç üslub: axan lent, növbə ilə, sabit siyahı
  • Kateqoriya, etiket, seçilmiş yazılar və ya əl ilə
  • Yeni xəbər səhifəni yeniləmədən lentə düşür
15₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Düzəliş Jurnalı

Məqalədə edilən düzəlişləri oxuculara şəffaf göstərir.

  • Redaktorun yazdığı düzəliş qeydi
  • Avtomatik dəyişiklik tarixçəsi: nə dəyişdi, kim etdi
  • Kiçik redaktələr yazılmır — hədd var
15₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Səsli Xəbər

Oxuma müddətini göstərir və məqaləni səsli oxuyur.

  • Brauzerin öz səsi — pulsuz, ani
  • API ilə təbii səs: OpenAI və ya ElevenLabs
  • Səs faylı bir dəfə yaradılır, mətn dəyişməyibsə təkrar pul getmir
40₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run API Açarları

Xarici API açarlarını şifrələnmiş saxlayır və sorğuları server tərəfdən ötürür.

  • Açar bazada şifrəli yatır — wp-config duzları ilə
  • Proxy: açar brauzerə heç vaxt düşmür
  • İcazəli yollar siyahısı və saatlıq hədd
40₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress

Run Təmizləyici

Bazadakı qalıqları təmizləyir və media auditi aparır.

  • 11 iş: qaralama, zibil, versiyalar, spam, müvəqqəti qeydlər, yetim məlumatlar
  • Riskli işlər ayrıca işarələnib
  • Hissə-hissə işləyir — böyük bazanı kilidləmir
12₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress
ImageMagick və ya GD

RunConvert

Yüklənən şəkilləri avtomatik WebP-yə çevirir.

  • Yükləmə anında çevirmə
  • Keyfiyyət tənzimi
  • Maksimum ölçü limiti
89₼-dən
bir dəfəlik ödəniş
WordPress WordPress
ImageMagick və ya GD

RunConvertAll

RunConvert + bütün mövcud media kitabxananın toplu çevrilməsi.

  • RunConvert-in hamısı
  • Toplu çevirmə
  • Məzmundakı ünvanları yeniləyir
96₼-dən
bir dəfəlik ödəniş

Windows proqramları

Açar bir kompüterə bağlanır. Kompüteri dəyişmək lazım olsa, proqramdan «Ayır» edib yenidə aktivləşdirirsiniz.

RunVideo - Video edite proqramı PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.1 Windows

RunVideo - Video edite proqramı

RunVideo — videoları asanlıqla kəsmək, birləşdirmək, üzərinə loqo və su nişanı əlavə etmək, həmçinin müxtəlif formatlara çevirmək üçün nəzərdə tutulmuş çoxfunksiyalı video redaktə proqramıdır. Sadə interfeysi sayəsində video fayllarınızı rahatlıqla idarə edə və gündəlik redaktə işlərinizi bir proqramda yerinə yetirə bilərsiniz.

  • Videoların istənilən hissəsinin dəqiq kəsilməsi
  • Bir neçə video faylının birləşdirilməsi
  • Videoların üzərinə loqo və su nişanı əlavə edilməsi
30₼
bir dəfəlik ödəniş
RunTask - Planlama proqramı PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.2

RunTask - Planlama proqramı

RunTask — gündəlik tapşırıqlarınızı planlaşdırmaq, vacib işləri vaxtında yerinə yetirmək və xatırlatmalar vasitəsilə iş rejiminizi idarə etmək üçün nəzərdə tutulmuş müasir tapşırıq idarəetmə proqramıdır. Rahat interfeysi, təqvim və hesabat funksiyaları ilə gündəlik məhsuldarlığınızı artırmağa kömək edir.

  • - Gündəlik tapşırıqların asanlıqla yaradılması və idarə edilməsi
  • - Tarix və saat üzrə tapşırıq planlaşdırılması
  • - Vaxtı çatanda Windows bildirişləri ilə xatırlatma
13₼
bir dəfəlik ödəniş
RunDriver - Driverləri yenilə PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.1

RunDriver - Driverləri yenilə

RunDriver — kompüterinizdəki sürücülərin vəziyyətini yoxlamaq, köhnəlmiş və problemli sürücüləri müəyyənləşdirmək, həmçinin Windows Update vasitəsilə rəsmi yeniləmələri axtarmaq üçün nəzərdə tutulmuş proqramdır. Sürücü məlumatlarını bir paneldə təqdim edərək sistemin vəziyyətini izləməyi və yeniləmələrdən əvvəl ehtiyat nüsxə yaratmağı asanlaşdırır.

  • Kompüterdəki sürücülərin vəziyyətinin yoxlanılması
  • Köhnəlmiş və problemli sürücülərin müəyyən edilməsi
  • Bütün cihazların sürücüləri üzrə məlumatların göstərilməsi
15₼
bir dəfəlik ödəniş
RunRadio - Radio yayımı üçün proqram PC proqram · 7 gün sınaq
7 gün demo v1.1.2

RunRadio - Radio yayımı üçün proqram

RunRadio musiqi və mikrofon səsini birləşdirərək internet üzərindən radio yayımı aparmaq üçün Windows proqramıdır. Playlist yaratmaq, səs səviyyələrini tənzimləmək, yayım serverinə qoşulmaq və efir prosesini izləmək imkanı verir.

  • Azərbaycan dilində istifadəçi interfeysi
  • Musiqi fayllarından playlist yaratmaq
  • Musiqi və mikrofon səsini birləşdirmək
96₼
bir dəfəlik ödəniş
RunWord — Word sənədləri üçün yüngül redaktor PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.1 Windows

RunWord — Word sənədləri üçün yüngül redaktor

RunWord .docx, .txt və .md sənədlərini açmaq, yaratmaq və redaktə etmək üçün nəzərdə tutulmuş yüngül Windows mətn redaktorudur. Proqram şrift və mətn formatlaşdırılması, cədvəl və şəkil əlavə edilməsi, PDF-ə ixrac və avtomatik bərpa imkanları təqdim edir. Azərbaycan, ingilis və rus dillərini dəstəkləyir. Sənədlər kompüterdə saxlanılır; bulud, qeydiyyat və abunə tələb olunmur.

  • .docx, .txt və .md fayllarını açmaq
  • Sənədləri yaratmaq, redaktə etmək və saxlamaq
  • Şrift, ölçü, rəng və mətn üslublarını dəyişmək
15₼-dən
bir dəfəlik ödəniş
RunVPN - Öz VPN ayarlarını qurmaq üçün PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.1

RunVPN - Öz VPN ayarlarını qurmaq üçün

RunVPN — Windows kompüterlərində VPN bağlantılarını idarə etmək üçün nəzərdə tutulmuş proqramdır. WireGuard və OpenVPN ilə işləyən bu tətbiq konfiqurasiya fayllarını əlavə etməyə, bağlantı parametrlərini tənzimləməyə və VPN tunel proqramlarını bir interfeys üzərindən idarə etməyə imkan verir. Proqram öz VPN serverini təqdim etmir; istifadəçi öz konfiqurasiyasından istifadə edir.

  • WireGuard və OpenVPN dəstəyi
  • VPN konfiqurasiya fayllarının əlavə edilməsi
  • Bağlantı parametrlərinin fərdiləşdirilməsi
40₼
bir dəfəlik ödəniş
RunFoto - Fotoların toplu formatını dəyiş PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.1

RunFoto - Fotoların toplu formatını dəyiş

RunFoto — şəkilləri müxtəlif formatlara çevirmək üçün nəzərdə tutulmuş rahat və çoxfunksiyalı proqramdır. JPG, PNG, WEBP, AVIF, TIFF, GIF, BMP, ICO və HEIC formatlarını dəstəkləyir. Şəkillərin keyfiyyətini və ölçüsünü tənzimləməyə, faylları fərdi və ya toplu şəkildə çevirməyə imkan verir.

  • Üstünlüklər
  • - JPG, PNG, WEBP, AVIF, TIFF, GIF, BMP, ICO və HEIC formatlarının dəstəklənməsi
  • - Şəkillərin bir formatdan digərinə çevrilməsi
50₼
bir dəfəlik ödəniş
RunMark - Fotoları loqolama proqramı PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.1

RunMark - Fotoları loqolama proqramı

RunMark — şəkillərin üzərinə loqo, su nişanı və mətn əlavə etmək üçün nəzərdə tutulmuş Windows proqramıdır. Bir və ya bir neçə şəkli eyni vaxtda emal etməyə, nişanın mövqeyini və görünüşünü tənzimləməyə imkan verir. Orijinal şəkilləri dəyişdirmədən nəticələri yeni fayllar şəklində saxlayır.

  • Şəkillərə loqo, su nişanı və mətn əlavə etmək imkanı
  • Bir neçə şəklin eyni vaxtda emalı
  • Qovluqdakı bütün şəkillərin toplu emalı
13₼
bir dəfəlik ödəniş
RunMail - Bütün e-maillərini tək proqramla idarə et PC proqram · 15 gün sınaq
15 gün demo v1.0.1

RunMail - Bütün e-maillərini tək proqramla idarə et

RunMail — Windows üçün nəzərdə tutulmuş, müxtəlif e-poçt hesablarını vahid proqramda idarə etməyə imkan verən masaüstü e-poçt müştərisidir. Gmail, Outlook, Yandex və şəxsi domen poçtlarını IMAP/SMTP vasitəsilə qoşmaq, məktubları qəbul edib göndərmək və e-poçt hesablarını bir yerdən idarə etmək üçün nəzərdə tutulub.

  • Azərbaycan dilində istifadəçi interfeysi
  • Gmail, Outlook, Yandex və digər e-poçt hesablarına qoşulma
  • Bir neçə e-poçt hesabının vahid proqramda idarə edilməsi
40₼
bir dəfəlik ödəniş
RunDoc — PDF, Word və şəkil fayllarını çevirmək PC proqram · 5 gün sınaq
5 gün demo v1.0.1

RunDoc — PDF, Word və şəkil fayllarını çevirmək

RunDoc — PDF, Word və şəkil fayllarını çevirmək və PDF sənədləri üzərində əsas əməliyyatları yerinə yetirmək üçün Windows proqramıdır. Faylları kompüterdə emal edir və məxfiliyin qorunmasına üstünlük verir.

  • PDF fayllarını Word formatına çevirmək
  • Word sənədlərini PDF formatına çevirmək
  • PDF səhifələrini şəkil formatında çıxarmaq
40₼
bir dəfəlik ödəniş
RunMonitor - Kompüterə nəzarət proqramı PC proqram
v1.0.1

RunMonitor - Kompüterə nəzarət proqramı

RunMonitor — kompüterin əsas sistem göstəricilərini real vaxt rejimində izləmək üçün Windows proqramıdır. Prosessorun yüklənməsini, RAM istifadəsini, şəbəkə sürətini və digər sistem məlumatlarını qrafiklər və masaüstü vidceti vasitəsilə izləməyə imkan verir.

  • Real vaxt rejimində CPU istifadəsini izləmək
  • RAM yaddaşının istifadəsini göstərmək
  • Şəbəkə məlumatlarının göndərilmə və qəbul sürətini izləmək
13₼
bir dəfəlik ödəniş
RunShare - Lokalda fayl paylaşım proqramı PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.1

RunShare - Lokalda fayl paylaşım proqramı

RunShare — eyni Wi-Fi şəbəkəsində olan kompüter, telefon və digər cihazlar arasında faylları brauzer üzərindən paylaşmaq üçün lokal HTTP server proqramıdır. QR kod və lokal şəbəkə ünvanı vasitəsilə qoşulma imkanı yaradır. Fayl və qovluqları paylaşmaq, yükləmə icazələrini idarə etmək və PIN qorumasından istifadə etmək mümkündür.

  • Tam Azərbaycan dilində
  • Lokal HTTP server yaratmaq
  • Eyni Wi-Fi şəbəkəsində fayl paylaşmaq
50₼
bir dəfəlik ödəniş
RunPrint - Printer proqramı PC proqram
v1.0.2

RunPrint - Printer proqramı

RunPrint — Windows üçün PDF, Word, şəkil, mətn və HTML fayllarını çap etmək üçün nəzərdə tutulmuş proqramdır. Kağız ölçüsünü, çap istiqamətini, rəng rejimini, səhifə aralığını və digər parametrləri tənzimləməyə, çapdan əvvəl sənədi önizləməyə və faylı PDF formatında saxlamağa imkan verir.

  • Azərbaycan dilində istifadəçi interfeysi
  • PDF, Word, şəkil, mətn və HTML fayllarını çap etmək
  • Çapdan əvvəl sənədlərə önizləmə imkanı
15₼
bir dəfəlik ödəniş
RunPDF - PDF redaktə proqramı PC proqram · 5 gün sınaq
5 gün demo v1.0.2

RunPDF - PDF redaktə proqramı

RunPDF — PDF, JPG və PNG fayllarını açmaq, oxumaq və idarə etmək üçün Windows proqramıdır. Sənədləri birləşdirmək, bölmək, su nişanı və səhifə nömrələri əlavə etmək, imza yerləşdirmək, mətnləri redaktə etmək və faylları müxtəlif formatlarda ixrac etmək imkanı yaradır.

  • Azərbaycan dilində istifadəçi interfeysi
  • PDF, JPG və PNG fayllarını açmaq və oxumaq
  • Bir neçə PDF faylını birləşdirmək
15₼
bir dəfəlik ödəniş
RunQR - Hər şeyi QR koda çevirin PC proqram · 3 gün sınaq
3 gün demo v1.1.1

RunQR - Hər şeyi QR koda çevirin

RunQR — linklər, mətnlər, Wi-Fi məlumatları, telefon nömrələri, e-poçt və əlaqə kartları üçün QR kodları yaratmağa, barkodlarla işləməyə və kodları oxumağa imkan verən Windows proqramıdır.

  • Azərbaycan dilində istifadəçi interfeysi
  • Link və mətn əsasında QR kodlarının yaradılması
  • Wi-Fi, telefon, SMS və e-poçt üçün QR kodları
13₼
bir dəfəlik ödəniş
RunErase — Faylları bərpa olunmayacaq şəkildə silin! PC proqram
v1.0.1 Windows

RunErase — Faylları bərpa olunmayacaq şəkildə silin!

RunErase — faylları bərpa olunmayacaq şəkildə silmək üçün təhlükəsiz fayl silmə proqramıdır. Faylların üzərinə təsadüfi baytlar yazaraq məlumatların bərpa olunmasını çətinləşdirir. SSD və HDD üçün müxtəlif silmə metodları, 1, 3 və 7 keçidli silmə seçimləri, zibil qutusu və silinmə tarixçəsinin idarə edilməsi imkanları təqdim edir. Proqramın interfeysi tam Azərbaycan dilindədir.

  • - Faylları və qovluqları təhlükəsiz silmək
  • - Məlumatların bərpa olunmasını çətinləşdirən silmə metodları
  • - SSD və HDD üçün fərqli silmə seçimləri
15₼-dən
bir dəfəlik ödəniş
RunCalc — Cədvəl və hesablama proqramı PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.1 Windows

RunCalc — Cədvəl və hesablama proqramı

RunCalc Excel fayllarını (.xlsx) və CSV cədvəllərini açmaq, redaktə etmək, düsturlarla hesablama aparmaq və nəticələri saxlamaq üçün hazırlanmış yüngül masaüstü proqramıdır. Büdcə, qiymət siyahısı, borc cədvəli və gündəlik hesabatların hazırlanmasını asanlaşdırır. Çoxsaylı düsturları, avtomatik hesablamaları və Azərbaycan dilinə uyğun rəqəm formatlarını dəstəkləyir. İnternet bağlantısı və abunə tələb etmir.

  • .xlsx və .csv fayllarını açmaq və saxlamaq
  • Çoxvərəqli cədvəllərlə işləmək
  • 40-dan çox hesablama düsturundan istifadə etmək
13₼-dən
bir dəfəlik ödəniş
RunTV — Xtream player PC proqram · 7 gün sınaq
7 gün demo v2.0.3 Windows

RunTV — Xtream player

RunTV — Xtream Codes və M3U vasitəsilə IPTV abunəliklərini bir pəncərədən idarə etmək üçün masaüstü proqramdır. Canlı TV, filmlər, seriallar, elektron TV bələdçisi və eyni anda dörd kanalı izləmək imkanı təqdim edir. Bir neçə IPTV hesabını əlavə etmək və onlar arasında rahatlıqla keçid etmək mümkündür.

  • 3 dildə interfeys: Azərbaycan, ingilis və rus dilləri.
  • 4 kanal eyni anda: Multi-View rejimində dörd fərqli kanalı bir ekranda izləyin.
  • Xtream Codes və M3U dəstəyi: IPTV hesablarınızı bir yerdə idarə edin.
15₼-dən
bir dəfəlik ödəniş
RunZIP — Arxivləri açmaq, yaratmaq və şifrələmək üçün proqram PC proqram · 3 gün sınaq
3 gün demo v2.0.4 Windows

RunZIP — Arxivləri açmaq, yaratmaq və şifrələmək üçün proqram

RunZIP — ZIP, 7Z, RAR, TAR, GZ və digər formatlarla işləmək üçün nəzərdə tutulmuş masaüstü arxiv meneceridir. Faylları arxivdən çıxarmaq, yeni arxivlər yaratmaq, mövcud arxivləri yoxlamaq və məlumatları parolla qorumaq mümkündür. Daxili 7-Zip mühərriki sayəsində proqram əlavə arxivator quraşdırmadan və internet bağlantısı olmadan işləyir.

  • 3 dildə interfeys: Azərbaycan, ingilis və rus dilləri.
  • Geniş format dəstəyi: ZIP, 7Z, TAR, GZ, BZ2, XZ, RAR, CAB və digər formatlarla işləmək imkanı.
  • Daxili 7-Zip mühərriki: ayrıca 7-Zip quraşdırmağa ehtiyac yoxdur.
13₼-dən
bir dəfəlik ödəniş
RunQaime 2.0 — Qaimə və hesab-faktura proqramı PC proqram
v2.0.1 Windows

RunQaime 2.0 — Qaimə və hesab-faktura proqramı

RunQaime 2.0 — bizneslər, sahibkarlar və mühasiblər üçün qaimə və hesab-fakturaların hazırlanması, çapı və PDF formatında saxlanması üçün masaüstü proqramdır. Müştəri və məhsul bazası, ƏDV hesablamaları, ödənişlərə nəzarət, borcların izlənməsi və satış hesabatları bir proqramda birləşdirilib. Hazırladığınız sənədin görünüşünü çapdan əvvəl canlı önizləmədə görə bilərsiniz.

  • 3 dildə interfeys: Azərbaycan, ingilis və rus dilləri. Qaimənin dilini də ayrıca seçmək mümkündür.
  • Qaimə və hesab-fakturaların hazırlanması: avtomatik nömrələmə, müxtəlif şablonlar və canlı önizləmə.
  • PDF və çap: A4 və A5 formatları, birbaşa çap və PDF faylına ixrac.
50₼-dən
bir dəfəlik ödəniş
Run Foto Yükləyici PC proqram
v1.0.1

Run Foto Yükləyici

Saytlardan şəkil yığmağı bir kliklik işə çevirir. Şəklin üstündə sağ klik edib istədiyin formatda yükləyirsən, formatı bir dəfə yaddaşa vurursan, bundan sonra tək kliklə enir.

  • Sağ klik menyusundan JPG, PNG və ya WEBP formatında yükləmə
  • Standart format bir dəfə seçilir, yaddaşda qalır — sonra tək klik kifayətdir
  • Səhifədəki bütün şəkilləri bir paneldə göstərir
13₼
bir dəfəlik ödəniş
RunPlayer - Video player PC proqram · 10 gün sınaq
10 gün demo v2.0.3 Windows

RunPlayer - Video player

RunPlayer — video və audio fayllarını rahat izləmək və dinləmək üçün nəzərdə tutulmuş masaüstü multimedia pleyeridir. Media kitabxanası, playlist idarəetməsi, subtitrlər, səs parametrləri və tam ekran rejimi ilə bütün əsas funksiyaları vahid interfeysdə birləşdirir. Azərbaycan, ingilis və rus dillərində interfeys dəstəyi sayəsində proqramdan istifadə daha rahatdır.

  • 3 dildə interfeys: Azərbaycan, ingilis və rus dilləri.
  • Media kitabxanası: Video və audio fayllarını bir yerdə idarə edin.
  • Playlist idarəetməsi: Faylları siyahıya əlavə edin və oynatma ardıcıllığını tənzimləyin.
13₼
bir dəfəlik ödəniş
RunLive - Canlı yayım proqramı PC proqram
v1.1.1

RunLive - Canlı yayım proqramı

RunLive — YouTube, Facebook, Twitch, Instagram və digər platformalara canlı yayım etmək üçün nəzərdə tutulmuş Windows proqramıdır. Ekran görüntüsünü, kameranı, video fayllarını və səs mənbələrini idarə etməyə, yayım keyfiyyətini tənzimləməyə və yayım prosesini izləməyə imkan verir.

  • Azərbaycan dilində istifadəçi interfeysi
  • YouTube, Facebook, Twitch və digər platformalara yayım imkanı
  • Ekran və kamera görüntüsünün ayrıca yayımlanması
101₼
bir dəfəlik ödəniş
RunPass - Şifrələrinizi qoruyun, düzənləyin və yenisini yaradın PC proqram · 10 gün sınaq
10 gün demo v1.1.1

RunPass - Şifrələrinizi qoruyun, düzənləyin və yenisini yaradın

RunPass şifrələrinizi bir mərkəzdə təhlükəsiz saxlamaq, hesab məlumatlarını idarə etmək və güclü parollar yaratmaq üçün Windows proqramıdır. Məlumatlar yerli kompüterdə şifrələnmiş seyfdə saxlanılır.

  • Bütün şifrələri vahid seyfdə saxlamaq
  • Sayt və xidmətlər üzrə hesabları qruplaşdırmaq
  • Platforma, login və şifrə məlumatlarını idarə etmək
30₼
bir dəfəlik ödəniş
RunClean — Kompüter təmizləmə və optimallaşdırma proqramı PC proqram
v1.0.2 Windows

RunClean — Kompüter təmizləmə və optimallaşdırma proqramı

Zamanla disk müvəqqəti fayllar, brauzer keşi, yeniləmə qalıqları və dublikatlarla dolur. RunClean nəyin nə qədər yer tutduğunu göstərir, siz seçirsiniz, o təmizləyir — və silmir, karantinə köçürür, yəni səhv olsa geri qaytarmaq olur.

  • Kateqoriya üzrə skan: Windows müvəqqəti faylları, prefetch, qəza hesabatları, Windows Update keşi, brauzer keşləri (Chrome, Edge, Brave, Opera, Firefox — bütün profillər), miniatür keşi, zibil qutusu, 90 gündən köhnə yükləmələr
  • Hər kateqoriyada «GÖSTƏR» — silinəcək faylların dəqiq siyahısı
  • Karantin: təmizlənən fayllar 7 gün saxlanılır, «GERİ QAYTAR» olduğu kimi qaytarır
40₼-dən
bir dəfəlik ödəniş
RunRecover - Silinmiş faylların bərpası (NTFS) PC proqram · 1 gün sınaq
1 gün demo v1.0.2 Windows

RunRecover - Silinmiş faylların bərpası (NTFS)

Səhvən silinmiş sənəd, foto və ya video çox vaxt hələ diskdədir — sadəcə Windows onun yerini «boş» kimi işarələyib. RunRecover həmin izləri tapır və faylı geri qaytarır. Üç fərqli dərinlikdə axtarır.

  • Azərbaycan, İngilis və Rus dili seçimi
  • Zibil qutusu — ən sürətlisi. Fayl bütövdür, əsl yolu və silinmə tarixi ilə birlikdə bərpa olunur. (Zibil qutusu boşaldılıbsa, növbəti üsul.)
  • Dərin skan (MFT) — NTFS-in fayl cədvəlini oxuyur. Zibildən keçmiş, Shift+Delete ilə silinmiş fayllar tapılır; adı, ölçüsü və tarixi qalır.
70₼-dən
bir dəfəlik ödəniş
RunSafe — Şifrələnmiş qeyd və fayl seyfi PC proqram
v1.0.0 Windows

RunSafe — Şifrələnmiş qeyd və fayl seyfi

RunSafe şəxsi sənədləri, qeydləri, şəkilləri və digər faylları AES-256-GCM şifrələməsi ilə qorumaq üçün hazırlanmış oflayn seyf proqramıdır. Məlumatlar kompüterdə saxlanılır, bulud və internet bağlantısı tələb olunmur. Proqram seyf yaratmaq, mövcud seyfi açmaq, faylları şifrələmək və ehtiyat nüsxədən bərpa etmək imkanları təqdim edir.

  • AES-256-GCM ilə güclü fayl şifrələməsi
  • Məlumatların yalnız lokal kompüterdə saxlanılması
  • İnternetsiz və oflayn işləmə
13₼-dən
bir dəfəlik ödəniş
RunThumb — Xəbər və sosial şəbəkələr üçün şəkil hazırlama proqramı PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.2 Windows

RunThumb — Xəbər və sosial şəbəkələr üçün şəkil hazırlama proqramı

RunThumb xəbər saytları, sosial şəbəkələr və video platformaları üçün peşəkar thumbnail və üz qabığı şəkilləri hazırlamağa imkan verən masaüstü proqramıdır. Başlığı daxil edin, arxa fon şəklini seçin və hazır dizaynı həm 16:9, həm də 9:16 formatında ixrac edin. 10 hazır şablon, toplu istehsal rejimi və brend parametrləri sayəsində eyni üslubda çoxsaylı şəkilləri sürətli hazırlamaq mümkündür.

  • 10 hazır dizayn şablonu
  • 16:9 və 9:16 formatlarında şəkil hazırlamaq
  • Hər iki ölçüdə eyni anda ixrac
30₼-dən
bir dəfəlik ödəniş
RunCut — Zaman kodları ilə videonu sürətli kəsmə proqramı PC proqram · 7 gün sınaq
7 gün demo v1.0.0

RunCut — Zaman kodları ilə videonu sürətli kəsmə proqramı

RunCut uzun videoları, müsahibələri və canlı yayımları əvvəlcədən müəyyən edilmiş zaman kodlarına əsasən ayrı-ayrı hissələrə bölmək üçün nəzərdə tutulmuş masaüstü proqramıdır. Video faylını seçin, kəsiləcək hissələrin başlanğıc və bitmə vaxtlarını daxil edin və bütün parçaları bir neçə kliklə hazırlayın. Sürətli kəsmə rejimi videonu yenidən kodlamadan işləyir, beləliklə, orijinal görüntü keyfiyyəti qorunur. Proqram FFmpeg əsasında işləyir və əlavə video redaktoruna ehtiyac yaratmır.

  • - Zaman kodları ilə videoları avtomatik kəsmək
  • - Yenidən kodlama olmadan sürətli kəsmə rejimi
  • - Kadr dəqiqliyi tələb edən hallar üçün dəqiq kəsmə rejimi
70₼-dən
bir dəfəlik ödəniş
RunStock — Anbar və mal qalığının idarə edilməsi PC proqram · 4 gün sınaq
4 gün demo v2.0.1

RunStock — Anbar və mal qalığının idarə edilməsi

RunStock — mağaza, anbar və ticarət müəssisələri üçün malların uçotunu, anbar qalıqlarını və mal hərəkətlərini idarə edən masaüstü proqramdır. Mədaxil, məxaric, anbarlararası köçürmə, inventarizasiya, rezerv, barkod və etiket çapı, maya dəyəri və mənfəət hesabatları vahid sistemdə birləşdirilib. Proqram internet bağlantısı olmadan işləyir və məlumatlar kompüterinizdə saxlanılır.

  • 3 dildə interfeys: Azərbaycan, ingilis və rus dilləri.
  • Anbar qalıqlarına nəzarət: Malların mövcud, rezervdə olan və sərbəst qalıqlarını izləyin.
  • Çoxsaylı anbarlar: Əsas anbarı, mağazanı və digər anbarları vahid proqramdan idarə edin.
96₼-dən
bir dəfəlik ödəniş
Run WordPress Köməkçisi PC proqram
v1.0.1

Run WordPress Köməkçisi

İstənilən saytın altında nəyin işlədiyini bir anda göstərir — WordPress olub-olmadığını, hansı temanı və hansı pluginləri. Veb ustaları üçün rəqib araşdırmasının ən sürətli yolu.

  • Saytın WordPress olub-olmadığını və versiyasını müəyyən edir
  • Tema adını, versiyasını və müəllifini göstərir
  • Alt tema (child theme) işlənirsə, ana temanı da tapır
15₼-dən
bir dəfəlik ödəniş
Run SEO Yoxlayıcı PC proqram

Run SEO Yoxlayıcı

İstənilən səhifənin SEO vəziyyətini bir neçə saniyəyə yoxlayır və 0-100 bal verir. Problemlər rəngli nişanlarla sadalanır, hesabatı kopyalayıb müştəriyə göndərirsən.

  • Altı bölmədə tam yoxlama: meta, başlıqlar, şəkillər, linklər, sosial, texniki
  • Title və description uzunluğu — min/maks həddi özün təyin edirsən
  • H1 sayı və başlıq ardıcıllığındakı səhvlər
30₼-dən
bir dəfəlik ödəniş
Run Mətn Alətləri PC proqram

Run Mətn Alətləri

Azərbaycan dilində işləyən jurnalistlər, redaktorlar və saytçılar üçün. Böyük hərflə gələn başlığı bir kliklə düzgün formata salır, mətni təmizləyir, əlifbalar arasında çevirir.

  • Azərbaycan qaydasına uyğun başlıq formatı — yalnız ilk söz və xüsusi adlar böyük
  • Şəkilçili xüsusi adları düzgün tanıyır: BAKIDA → Bakıda, SOCAR-IN → SOCAR-ın
  • Abreviaturalar olduğu kimi qalır — ABŞ, BMT, NATO
13₼
bir dəfəlik ödəniş
Run Sayt İzləyicisi PC proqram
Yoxlama brauzer açıq olanda

Run Sayt İzləyicisi

İzlədiyin səhifədə nəsə dəyişən kimi xəbər verir. Rəqib saytda yeni xəbər, tender portalında yeni elan, mağazada qiymət dəyişikliyi — hamısını özün yoxlamaq əvəzinə bildiriş alırsan.

  • Dəyişiklik olan kimi bildiriş — bildirişə klikləyəndə səhifə açılır
  • Seçilmiş hissə rejimi: siyahını və ya cədvəli kliklə seçirsən, yalnız o izlənir
  • Reklam və tarix dəyişəndə lazımsız bildiriş gəlmir
30₼
bir dəfəlik ödəniş
Run Ekran Görüntüsü PC proqram
v1.0.4 Paylaşım linki sizin öz

Run Ekran Görüntüsü

Səhifənin şəklini çəkir və dərhal üzərində işləməyə imkan verir. Ox çək, nömrələ, bulanıqlaşdır, kəs — hamısı bir pəncərədə.

  • Üç rejim: görünən hissə, seçilmiş sahə, tam səhifə
  • Tam səhifədə kadrlar avtomatik birləşdirilir
  • Üzən panellər çəkiliş zamanı gizlədilir — şəkildə təkrarlanmır
13₼
bir dəfəlik ödəniş
Run oxu rejimi - Xəbəri reklamsız, təmiz oxu PC proqram
chrome:// səhifələrində, brauzerin mağazasında,

Run oxu rejimi - Xəbəri reklamsız, təmiz oxu

Xəbər səhifəsindən yalnız məqaləni çıxarır: başlıq, müəllif, tarix, mətn və şəkillər. Reklam, menyu, «oxşar xəbərlər» və şərhlər qalmır; qısayola bir daha basanda səhifə öz halına qayıdır.

  • Bir qısayol — Alt+Shift+U — oxu rejimini açır və bağlayır
  • Orijinal səhifə silinmir, yalnız gizlədilir, geri qayıtmaq bir düymədir
  • Üç kağız rəngi: ağ, sepiya, tünd
13₼
bir dəfəlik ödəniş
Run şirkət yoxlayıcı - Araşdırmacılar üçün PC proqram
Bu eklenti rəsmi reyestri

Run şirkət yoxlayıcı - Araşdırmacılar üçün

VÖEN-in düzgün yazıldığını internetsiz yoxlayır, açıq səhifədəki VÖEN-ləri tapır və rəsmi axtarış səhifələrini bir kliklə açır. Araşdırdığın şirkətlərin dosyesini də özündə saxlayır.

  • VÖEN yoxlaması limitsiz və internetsiz — hesablama kompüterin içində
  • Nömrənin quruluşu açılır: ərazi kodu, sıra nömrəsi, yoxlama rəqəmi,
  • hüquqi yoxsa fiziki şəxs
12₼
bir dəfəlik ödəniş
Run Fokus PC proqram
Bu blok iradəyə dəstəkdir,

Run Fokus

Diqqəti dağıdan saytları iş vaxtı bağlayır və Pomodoro taymeri işlədir. Vaxtın hansı sayta getdiyini də ölçür — günün sonunda nəyə nə qədər vaxt verdiyini görürsən.

  • Siyahıya saldığın saytlar fokus seansı boyunca açılmır — əvəzinə
  • təmiz «bloklandı» səhifəsi və geri qayıtmaq düyməsi çıxır
  • Pomodoro taymeri: iş və fasilə vaxtı, geri sayım paneldə və ikonda
13₼-dən
bir dəfəlik ödəniş
Run Sekmə İdarəçisi PC proqram
Sessiya yalnız ünvan və

Run Sekmə İdarəçisi

Onlarla açıq tabı bir panelə yığır: axtarır, dublikatları tapır, lazımsızları bağlayır və işin sonunda hamısını «sessiya» kimi saxlayır. Sabah eyni yerdən davam edirsən.

  • Bütün açıq tablar bir siyahıda, pəncərə-pəncərə göstərilir
  • Canlı axtarış — həm başlıq, həm ünvan üzrə, yazdıqca süzülür
  • Klaviatura ilə iş: ox düymələri ilə gəzirsən, Enter tabı açır,
12₼
bir dəfəlik ödəniş
Run Qeydlər PC proqram
Chrome bəzi səhifələrdə eklentilərə

Run Qeydlər

Qeydi birbaşa səhifənin üstünə yapışdırır. Səhifəni bir aydan sonra yenə açsan, qeyd həmin yerdə olur — araşdırma gedişində hansı səhifədə nəyə fikir verdiyin itmir.

  • Qeyd açıq səhifənin üstünə yapışır və həmin ünvana bağlanır
  • Qeydi sürükləyib səhifənin istədiyin yerinə qoyursan — yeri yadda qalır
  • Aşağı küncündən dartıb hündürlüyünü dəyişirsən, ox ilə yığırsan
12₼-dən
bir dəfəlik ödəniş
Run YouTube Transkript PC proqram
QEYD Eklenti səsi tanımır

Run YouTube Transkript

YouTube videosunun altyazısını oxunaqlı mətnə çevirir. Müsahibədən sitat götürmək, danışılanı sözbəsöz yoxlamaq və mətni fayl kimi saxlamaq üçündür.

  • Videonun başlığı, kanalı və müddəti panelin başında görünür
  • Transkript zaman kodları ilə, oxunaqlı abzaslara bölünmüş halda
  • Zaman koduna və ya abzasa klikləyəndə video həmin yerə atlayır
12₼-dən
bir dəfəlik ödəniş
Run Responsive Yoxlayıcı PC proqram
Saytların çoxu başqa səhifənin

Run Responsive Yoxlayıcı

Bir saytı telefon, planşet və masaüstü ölçülərində eyni ekranda yan-yana göstərir. Dizaynın hansı cihazda necə göründüyünü bir baxışda görürsən — hər ölçü üçün brauzeri yenidən qurmaq lazım olmur.

  • Səkkiz hazır cihaz ölçüsü — telefon, planşet və masaüstü
  • Hamısı bir vərəqdə yan-yana, hər cihaz öz çərçivəsində
  • Ünvan sətrinə yazdığın səhifə bütün çərçivələrdə birdən açılır
13₼
bir dəfəlik ödəniş
Run Sosial Önizləmə PC proqram
v1.0.1 Kartlar şəbəkələrin görünüşünə yaxındır,

Run Sosial Önizləmə

Linkini paylaşmadan əvvəl necə görünəcəyini göstərir. Beş şəbəkənin kartını çəkir, meta nöqsanlarını sadalayır və düzgün teqləri hazır HTML kimi verir.

  • Facebook, Twitter / X, Telegram, WhatsApp və LinkedIn kartı bir paneldə
  • Hər kart həmin şəbəkənin real görünüşünə yaxın çəkilir
  • X kartı twitter:card dəyərinə görə böyük və ya kiçik şəkillə göstərilir
12₼
bir dəfəlik ödəniş
Run Dizayn Dedektoru PC proqram
Element seçimi brauzerin öz

Run Dizayn Dedektoru

Xoşuna gələn saytın dizaynını açıb göstərir. Elementin üstünə kliklədiyin anda şriftini, rəngini, ölçüsünü və boşluqlarını oxuyursan, hazır CSS blokunu kopyalayıb öz faylına yapışdırırsan.

  • Səhifədə istənilən elementi kliklə seçirsən, üstündə çərçivə və ölçü görünür
  • Mətn üslubu tam açılır: şrift, ölçü, qalınlıq, sətir hündürlüyü,
  • hərf aralığı, düzləndirmə, hərf çevirmə
13₼
bir dəfəlik ödəniş
Run Meta Təmizləyici PC proqram
Bir şəklin metasını oxumaq

Run Meta Təmizləyici

Şəkli dərc etməzdən əvvəl onun içindəki gizli məlumatı göstərir və silir. Fotonun hansı kamera ilə, nə vaxt və harada çəkildiyini özünlə birlikdə yayımlamamaq üçün bir keçiddir.

  • Şəkli seçirsən və ya sürükləyib buraxırsan — gizli məlumat dərhal çıxır
  • Kamera markası, modeli, obyektivi, redaktə proqramı, çəkiliş tarixi
  • Kamera sahibinin adı və seriya nömrəsi, müəllif və müəllif hüququ
13₼-dən
bir dəfəlik ödəniş
Run Valyuta Çevirici PC proqram
Məzənnə internetdən alınır —

Run Valyuta Çevirici

Mərkəzi Bankın rəsmi məzənnələri ilə valyuta çevirir. Səhifədə qiyməti seçib sağ klik edirsən, manat qarşılığı dərhal görünür. Xarici mağazalarda alış-veriş edənlər üçün.

  • Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri işlənir
  • Seçilmiş qiyməti sağ klikdə manata çevirir, nəticə səhifənin altında çıxır
  • Qiymətin istənilən yazılışını tanıyır: $1,299.00 · €45 · 1 250 USD ·
13₼
bir dəfəlik ödəniş
Run Form Yoxlayıcı PC proqram
Kart nömrələri real deyil:

Run Form Yoxlayıcı

Veb ustaları üçün. Sayt müştəriyə təhvil verilməzdən əvvəl formaları sınamaq lazım gəlir — bu eklenti səhifədəki bütün forma xanalarını bir düymə ilə uyğun sınaq məlumatı ilə doldurur.

  • Bütün input, textarea və select xanalarını bir kliklə doldurur
  • Xananın nə istədiyini type, name, id, placeholder, autocomplete və
  • yanındakı label mətnindən tanıyır
13₼
bir dəfəlik ödəniş
Run Tərs Şəkil Axtarışı PC proqram
Tərs axtarış servisləri şəkli

Run Tərs Şəkil Axtarışı

Bir şəklin əslində haradan gəldiyini tapır. Şəklin üstündə sağ klik edirsən, eklenti onu tərs axtarış servislərinə göndərir. «Bu foto doğrudanmı bu hadisəyə aiddir?» sualının ən qısa cavabı.

  • Sağ klik menyusundan dörd servisdə axtarış: Google Lens, Yandex,
  • Bing və TinEye
  • «HAMISINDA AXTAR» dördünü eyni anda ayrı vərəqlərdə açır
13₼
bir dəfəlik ödəniş
Run ClipBoard PC proqram
Bütün mətnlər brauzerin öz

Run ClipBoard

Eyni cavabları gündə onlarla dəfə yazanlar üçün. Mətni bir dəfə yazırsan — satış cavabı, rekvizit, təlimat — sonra bir kliklə kopyalayırsan və ya birbaşa açıq xanaya yazırsan.

  • Hazır cavabları kateqoriyalara bölürsən: Satış, Dəstək, Şəxsi
  • Axtarış ad, kateqoriya və mətnin içi üzrə işləyir
  • Sancaq — ən çox işlətdiyin mətnlər siyahının yuxarısında qalır
13₼
bir dəfəlik ödəniş
Run LinkGuard PC proqram
Bu eklenti əlamətləri aşkarlayır,

Run LinkGuard

Açdığın saytı fırıldaq əlamətlərinə görə yoxlayır və 0-100 arası risk balı verir. Bal yüksək olanda səhifənin üstündə qırmızı xəbərdarlıq zolağı çıxır — ödəniş və ya şifrə yazmadan əvvəl xəbər tutursan.

  • Ünvan quruluşunda 11 risk əlaməti: IP ünvan, @ işarəsi, çoxlu alt domen,
  • punycode, qeyri-adi port, HTTPS olmaması və digərləri
  • Latın hərfinə oxşayan kiril hərflərini tutur — аpple.com ≠ apple.com
12₼
bir dəfəlik ödəniş
Run Arxivçi PC proqram
Parolla açılan səhifələr də

Run Arxivçi

Araşdırma materialı silinəndə əlində sübut qalsın. Səhifəni həmin anda olduğu kimi saxlayır — mətnini, şəklini, vaxtını — və sonradan dəyişmədiyini göstərən barmaq izi yaradır.

  • Səhifənin mətnini, ekran görüntüsünü və vaxtını bir kliklə saxlayır
  • Tam səhifə görüntüsü avtomatik sürüşdürülüb kadrlardan birləşdirilir
  • SHA-256 barmaq izi — mətnin bir hərfi dəyişsə, rəqəm tamam başqa olur
13₼
bir dəfəlik ödəniş
RunHTML - HTML, CSS və JS redaktoru PC proqram
v1.0.0

RunHTML - HTML, CSS və JS redaktoru

HTML, CSS və JS redaktoru — yazdığınız anda nəticəni göstərir.

  • Canlı önizləmə — yazdıqca səhifə yanında yenilənir
  • Sintaksis rənglənməsi və sətir nömrələri
  • Hazır şablonlar: banner, səhifə, forma
12₼-dən
bir dəfəlik ödəniş
RunSlide - Fotodan video yarat PC proqram
v1.1.0

RunSlide - Fotodan video yarat

Fotolardan və musiqidən hazır MP4 video — sosial şəbəkə ölçüsünü pozmadan.

  • Şəkilləri sürüşdürüb atırsınız, sıranı mausla düzürsünüz
  • «Şəkil kimi» ölçü — video fotonun öz ölçüsündə çıxır, heç nə kəsilmir
  • Hazır nisbətlər: 16:9, 9:16 (Reels, TikTok), 1:1, 4:5, 4:3
12₼-dən
bir dəfəlik ödəniş
RunWatermark - fotoları toplu loqolama proqramı PC proqram
v1.0.0

RunWatermark - fotoları toplu loqolama proqramı

Yüzlərlə şəklə bir dəfəyə su nişanı qoyur və ölçüsünü dəyişir.

  • Loqo və ya mətn — yeri, ölçüsü, şəffaflığı sizin seçiminizlə
  • Doqquz mövqe: künclər, kənarlar, mərkəz
  • Toplu iş — qovluğu atırsınız, hamısını eyni qayda ilə emal edir
50₼-dən
bir dəfəlik ödəniş
RunIPTVTest - IPTV kanallarını yoxlamaq üçün PC proqram
v1.0.2

RunIPTVTest - IPTV kanallarını yoxlamaq üçün

IPTV kanallarının hamısını yoxlayır — hansı işləyir, hansı ölüdür.

  • M3U pley-listi və ya Xtream hesabı yükləyirsiniz, hamısını sıra ilə yoxlayır
  • Hər kanal üçün: açılırmı, neçə saniyəyə açılır, keyfiyyəti nədir
  • Ölü və donmuş kanalları ayırır — siyahını təmizləmək asanlaşır
13₼-dən
bir dəfəlik ödəniş
RunM3U - M3U pley-listlərini redaktə edir PC proqram
v1.0.1

RunM3U - M3U pley-listlərini redaktə edir

M3U pley-listlərini redaktə edir — kanalları düzür, təmizləyir, birləşdirir.

  • Kanalları qrup-qrup görürsünüz, sürüşdürüb sıralayırsınız
  • Toplu dəyişiklik: ad, qrup, loqo — yüz kanalda bir anda
  • Təkrarlanan kanalları tapır və silir
12₼-dən
bir dəfəlik ödəniş
RunAudio - Səs girişlərinə tam nəzarət PC proqram
v1.0.0

RunAudio - Səs girişlərinə tam nəzarət

Səs qurğularını idarə edir və audio faylları formata çevirir.

  • Bütün səs qurğuları bir siyahıda — çıxış və mikrofon
  • Səviyyə göstəriciləri — hansı qurğudan səs gəldiyi dərhal görünür
  • Format çevirmə: MP3, WAV, FLAC, AAC, OGG, M4A
50₼
bir dəfəlik ödəniş
RunYukle - Çoxaxınlı yükləyici PC proqram
v1.0.0

RunYukle - Çoxaxınlı yükləyici

Çoxaxınlı yükləyici — faylı hissələrə bölüb sürətli endirir.

  • Bir neçə qoşulma ilə yükləyir — sürət brauzerdən xeyli yüksəkdir
  • Fasilə və davam — internet kəsilsə də yüklənən hissə itmir
  • HLS/M3U8 axınlarını da endirir
13₼-dən
bir dəfəlik ödəniş
RunCore - Kompüterə nəzarət et PC proqram
v1.0.0

RunCore - Kompüterə nəzarət et

Proqramların CPU prioritetini və nüvə təyinatını idarə edir.

  • İşləyən proqramların siyahısı: CPU və yaddaş yükü ilə
  • Prioritet dəyişmək — ağır proqram sistemi boğmasın
  • Nüvə təyinatı: proqramı seçdiyiniz nüvələrə bağlamaq
80₼-dən
bir dəfəlik ödəniş
Run Reklam Blokatoru PC proqram
YouTube-un öz video reklamları

Run Reklam Blokatoru

Səhifələri reklamdan, izləmədən və cookie pəncərələrindən təmizləyir. Saytlar daha tez açılır, daha az trafik yeyir, oxumaq rahatlaşır.

  • 196 hazır bloklama qaydası — reklam şəbəkələri, izləyicilər, cookie servisləri
  • Banner və pop-uplar açılmadan dayandırılır
  • Cookie razılıq pəncərələri və ekranı örtən pəncərələr gizlənir
15₼-dən
bir dəfəlik ödəniş

Açarı necə alıram?

  1. Proqramı seçib sifariş göndərirsiniz — ad və e-poçt kifayətdir.
  2. Ödəniş məlumatını sizə göndəririk; sifariş səhifəniz özü yenilənir.
  3. Ödənişi edib qəbzin şəklini elə həmin səhifəyə yükləyirsiniz.
  4. Qəbzi yoxlayıb təsdiqləyirik — açar dərhal səhifədə və e-poçtunuzda görünür.
  5. Açarı istənilən vaxt kabinetinizdən götürə bilərsiniz.

Tələsirsinizsə, sayt üzərindəki dəstək söhbətindən də açar sifariş edə bilərsiniz — orada da ödənişi təsdiqləyib açarı elə söhbətdə təhvil veririk.

Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.