ruN ruN Dizayn software & support
Run Ekran Görüntüsü
Windows proqramı

Run Ekran Görüntüsü

Səhifənin şəklini çəkir və dərhal üzərində işləməyə imkan verir.
Ox çək, nömrələ, bulanıqlaşdır, kəs — hamısı bir pəncərədə.

Nə edir

  • Üç rejim: görünən hissə, seçilmiş sahə, tam səhifə
  • Tam səhifədə kadrlar avtomatik birləşdirilir
  • Üzən panellər çəkiliş zamanı gizlədilir — şəkildə təkrarlanmır
  • Sahə seçimində ölçü canlı görünür
  • Ox aləti — diqqəti bir yerə yönəltmək üçün
  • Ardıcıl nömrələr — təlimat və səhv hesabatı hazırlamaq üçün
  • Mətn aləti kölgəlidir, hər fonda oxunur
  • Bulanıqlaşdırma — ad, nömrə, e-poçt kimi məlumatları örtmək
  • Kəsmə aləti ilə şəkli istədiyin ölçüyə salırsan
  • Səkkiz rəng, qalınlıq tənzimi, geri alma (Ctrl+Z)
  • PNG, JPG və ya WEBP kimi yükləmə, yaxud birbaşa buferə kopyalama
  • PDF ixracı: uzun səhifə A4 vərəqlərinə bölünür, yaxud hamısı bir səhifədə
  • PDF-in altına mənbə ünvanı və tarix yazılır — sənəd kimi saxlamaq üçün
  • Paylaşım linki: şəkil və ya PDF öz saytına yüklənir, link buferə düşür
  • Fayl adı şablonu — sayt adı, tarix, saat
  • İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
  • PULSUZ VERSİYADA NƏ VAR
  • Üç çəkiliş rejimi, bütün işarələmə alətləri və PNG kimi yükləmə.
  • JPG, WEBP, PDF ixracı və paylaşım linki lisenziya açarı ilə açılır.
Versiya1.0.4
AçarKompüterə bağlı
Tələblər: Paylaşım linki sizin öz saytınızda saxlanılır, kənar xidmət işlədilmir. Linki bilən hər kəs faylı aça bilər — parol yoxdur, ona görə məxfi sənəd üçün uyğun deyil. Fayllar təyin etdiyiniz gündən sonra avtomatik silinir. Göndərilən faylın həddi 6 MB-dır.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.