ruN ruN Dizayn software & support
Təmizlə

23 nəticə.

Kataloq

Kompüter proqramları

Windows üçün proqramlar. Açar bir kompüterə bağlanır.

Run Foto Yükləyici PC proqram
v1.0.1

Run Foto Yükləyici

Saytlardan şəkil yığmağı bir kliklik işə çevirir. Şəklin üstündə sağ klik edib istədiyin formatda yükləyirsən, formatı bir dəfə yaddaşa vurursan, bundan sonra tək kliklə enir.

  • Sağ klik menyusundan JPG, PNG və ya WEBP formatında yükləmə
  • Standart format bir dəfə seçilir, yaddaşda qalır — sonra tək klik kifayətdir
  • Səhifədəki bütün şəkilləri bir paneldə göstərir
13₼
bir dəfəlik ödəniş
Run WordPress Köməkçisi PC proqram
v1.0.1

Run WordPress Köməkçisi

İstənilən saytın altında nəyin işlədiyini bir anda göstərir — WordPress olub-olmadığını, hansı temanı və hansı pluginləri. Veb ustaları üçün rəqib araşdırmasının ən sürətli yolu.

  • Saytın WordPress olub-olmadığını və versiyasını müəyyən edir
  • Tema adını, versiyasını və müəllifini göstərir
  • Alt tema (child theme) işlənirsə, ana temanı da tapır
15₼-dən
bir dəfəlik ödəniş
Run SEO Yoxlayıcı PC proqram

Run SEO Yoxlayıcı

İstənilən səhifənin SEO vəziyyətini bir neçə saniyəyə yoxlayır və 0-100 bal verir. Problemlər rəngli nişanlarla sadalanır, hesabatı kopyalayıb müştəriyə göndərirsən.

  • Altı bölmədə tam yoxlama: meta, başlıqlar, şəkillər, linklər, sosial, texniki
  • Title və description uzunluğu — min/maks həddi özün təyin edirsən
  • H1 sayı və başlıq ardıcıllığındakı səhvlər
30₼-dən
bir dəfəlik ödəniş
Run Mətn Alətləri PC proqram

Run Mətn Alətləri

Azərbaycan dilində işləyən jurnalistlər, redaktorlar və saytçılar üçün. Böyük hərflə gələn başlığı bir kliklə düzgün formata salır, mətni təmizləyir, əlifbalar arasında çevirir.

  • Azərbaycan qaydasına uyğun başlıq formatı — yalnız ilk söz və xüsusi adlar böyük
  • Şəkilçili xüsusi adları düzgün tanıyır: BAKIDA → Bakıda, SOCAR-IN → SOCAR-ın
  • Abreviaturalar olduğu kimi qalır — ABŞ, BMT, NATO
13₼
bir dəfəlik ödəniş
Run Sayt İzləyicisi PC proqram
Yoxlama brauzer açıq olanda

Run Sayt İzləyicisi

İzlədiyin səhifədə nəsə dəyişən kimi xəbər verir. Rəqib saytda yeni xəbər, tender portalında yeni elan, mağazada qiymət dəyişikliyi — hamısını özün yoxlamaq əvəzinə bildiriş alırsan.

  • Dəyişiklik olan kimi bildiriş — bildirişə klikləyəndə səhifə açılır
  • Seçilmiş hissə rejimi: siyahını və ya cədvəli kliklə seçirsən, yalnız o izlənir
  • Reklam və tarix dəyişəndə lazımsız bildiriş gəlmir
30₼
bir dəfəlik ödəniş
Run Ekran Görüntüsü PC proqram
v1.0.4 Paylaşım linki sizin öz

Run Ekran Görüntüsü

Səhifənin şəklini çəkir və dərhal üzərində işləməyə imkan verir. Ox çək, nömrələ, bulanıqlaşdır, kəs — hamısı bir pəncərədə.

  • Üç rejim: görünən hissə, seçilmiş sahə, tam səhifə
  • Tam səhifədə kadrlar avtomatik birləşdirilir
  • Üzən panellər çəkiliş zamanı gizlədilir — şəkildə təkrarlanmır
13₼
bir dəfəlik ödəniş
Run oxu rejimi - Xəbəri reklamsız, təmiz oxu PC proqram
chrome:// səhifələrində, brauzerin mağazasında,

Run oxu rejimi - Xəbəri reklamsız, təmiz oxu

Xəbər səhifəsindən yalnız məqaləni çıxarır: başlıq, müəllif, tarix, mətn və şəkillər. Reklam, menyu, «oxşar xəbərlər» və şərhlər qalmır; qısayola bir daha basanda səhifə öz halına qayıdır.

  • Bir qısayol — Alt+Shift+U — oxu rejimini açır və bağlayır
  • Orijinal səhifə silinmir, yalnız gizlədilir, geri qayıtmaq bir düymədir
  • Üç kağız rəngi: ağ, sepiya, tünd
13₼
bir dəfəlik ödəniş
Run şirkət yoxlayıcı - Araşdırmacılar üçün PC proqram
Bu eklenti rəsmi reyestri

Run şirkət yoxlayıcı - Araşdırmacılar üçün

VÖEN-in düzgün yazıldığını internetsiz yoxlayır, açıq səhifədəki VÖEN-ləri tapır və rəsmi axtarış səhifələrini bir kliklə açır. Araşdırdığın şirkətlərin dosyesini də özündə saxlayır.

  • VÖEN yoxlaması limitsiz və internetsiz — hesablama kompüterin içində
  • Nömrənin quruluşu açılır: ərazi kodu, sıra nömrəsi, yoxlama rəqəmi,
  • hüquqi yoxsa fiziki şəxs
12₼
bir dəfəlik ödəniş
Run Fokus PC proqram
Bu blok iradəyə dəstəkdir,

Run Fokus

Diqqəti dağıdan saytları iş vaxtı bağlayır və Pomodoro taymeri işlədir. Vaxtın hansı sayta getdiyini də ölçür — günün sonunda nəyə nə qədər vaxt verdiyini görürsən.

  • Siyahıya saldığın saytlar fokus seansı boyunca açılmır — əvəzinə
  • təmiz «bloklandı» səhifəsi və geri qayıtmaq düyməsi çıxır
  • Pomodoro taymeri: iş və fasilə vaxtı, geri sayım paneldə və ikonda
13₼-dən
bir dəfəlik ödəniş
Run Sekmə İdarəçisi PC proqram
Sessiya yalnız ünvan və

Run Sekmə İdarəçisi

Onlarla açıq tabı bir panelə yığır: axtarır, dublikatları tapır, lazımsızları bağlayır və işin sonunda hamısını «sessiya» kimi saxlayır. Sabah eyni yerdən davam edirsən.

  • Bütün açıq tablar bir siyahıda, pəncərə-pəncərə göstərilir
  • Canlı axtarış — həm başlıq, həm ünvan üzrə, yazdıqca süzülür
  • Klaviatura ilə iş: ox düymələri ilə gəzirsən, Enter tabı açır,
12₼
bir dəfəlik ödəniş
Run Qeydlər PC proqram
Chrome bəzi səhifələrdə eklentilərə

Run Qeydlər

Qeydi birbaşa səhifənin üstünə yapışdırır. Səhifəni bir aydan sonra yenə açsan, qeyd həmin yerdə olur — araşdırma gedişində hansı səhifədə nəyə fikir verdiyin itmir.

  • Qeyd açıq səhifənin üstünə yapışır və həmin ünvana bağlanır
  • Qeydi sürükləyib səhifənin istədiyin yerinə qoyursan — yeri yadda qalır
  • Aşağı küncündən dartıb hündürlüyünü dəyişirsən, ox ilə yığırsan
12₼-dən
bir dəfəlik ödəniş
Run YouTube Transkript PC proqram
QEYD Eklenti səsi tanımır

Run YouTube Transkript

YouTube videosunun altyazısını oxunaqlı mətnə çevirir. Müsahibədən sitat götürmək, danışılanı sözbəsöz yoxlamaq və mətni fayl kimi saxlamaq üçündür.

  • Videonun başlığı, kanalı və müddəti panelin başında görünür
  • Transkript zaman kodları ilə, oxunaqlı abzaslara bölünmüş halda
  • Zaman koduna və ya abzasa klikləyəndə video həmin yerə atlayır
12₼-dən
bir dəfəlik ödəniş
Run Responsive Yoxlayıcı PC proqram
Saytların çoxu başqa səhifənin

Run Responsive Yoxlayıcı

Bir saytı telefon, planşet və masaüstü ölçülərində eyni ekranda yan-yana göstərir. Dizaynın hansı cihazda necə göründüyünü bir baxışda görürsən — hər ölçü üçün brauzeri yenidən qurmaq lazım olmur.

  • Səkkiz hazır cihaz ölçüsü — telefon, planşet və masaüstü
  • Hamısı bir vərəqdə yan-yana, hər cihaz öz çərçivəsində
  • Ünvan sətrinə yazdığın səhifə bütün çərçivələrdə birdən açılır
13₼
bir dəfəlik ödəniş
Run Sosial Önizləmə PC proqram
v1.0.1 Kartlar şəbəkələrin görünüşünə yaxındır,

Run Sosial Önizləmə

Linkini paylaşmadan əvvəl necə görünəcəyini göstərir. Beş şəbəkənin kartını çəkir, meta nöqsanlarını sadalayır və düzgün teqləri hazır HTML kimi verir.

  • Facebook, Twitter / X, Telegram, WhatsApp və LinkedIn kartı bir paneldə
  • Hər kart həmin şəbəkənin real görünüşünə yaxın çəkilir
  • X kartı twitter:card dəyərinə görə böyük və ya kiçik şəkillə göstərilir
12₼
bir dəfəlik ödəniş
Run Dizayn Dedektoru PC proqram
Element seçimi brauzerin öz

Run Dizayn Dedektoru

Xoşuna gələn saytın dizaynını açıb göstərir. Elementin üstünə kliklədiyin anda şriftini, rəngini, ölçüsünü və boşluqlarını oxuyursan, hazır CSS blokunu kopyalayıb öz faylına yapışdırırsan.

  • Səhifədə istənilən elementi kliklə seçirsən, üstündə çərçivə və ölçü görünür
  • Mətn üslubu tam açılır: şrift, ölçü, qalınlıq, sətir hündürlüyü,
  • hərf aralığı, düzləndirmə, hərf çevirmə
13₼
bir dəfəlik ödəniş
Run Meta Təmizləyici PC proqram
Bir şəklin metasını oxumaq

Run Meta Təmizləyici

Şəkli dərc etməzdən əvvəl onun içindəki gizli məlumatı göstərir və silir. Fotonun hansı kamera ilə, nə vaxt və harada çəkildiyini özünlə birlikdə yayımlamamaq üçün bir keçiddir.

  • Şəkli seçirsən və ya sürükləyib buraxırsan — gizli məlumat dərhal çıxır
  • Kamera markası, modeli, obyektivi, redaktə proqramı, çəkiliş tarixi
  • Kamera sahibinin adı və seriya nömrəsi, müəllif və müəllif hüququ
13₼-dən
bir dəfəlik ödəniş
Run Valyuta Çevirici PC proqram
Məzənnə internetdən alınır —

Run Valyuta Çevirici

Mərkəzi Bankın rəsmi məzənnələri ilə valyuta çevirir. Səhifədə qiyməti seçib sağ klik edirsən, manat qarşılığı dərhal görünür. Xarici mağazalarda alış-veriş edənlər üçün.

  • Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri işlənir
  • Seçilmiş qiyməti sağ klikdə manata çevirir, nəticə səhifənin altında çıxır
  • Qiymətin istənilən yazılışını tanıyır: $1,299.00 · €45 · 1 250 USD ·
13₼
bir dəfəlik ödəniş
Run Form Yoxlayıcı PC proqram
Kart nömrələri real deyil:

Run Form Yoxlayıcı

Veb ustaları üçün. Sayt müştəriyə təhvil verilməzdən əvvəl formaları sınamaq lazım gəlir — bu eklenti səhifədəki bütün forma xanalarını bir düymə ilə uyğun sınaq məlumatı ilə doldurur.

  • Bütün input, textarea və select xanalarını bir kliklə doldurur
  • Xananın nə istədiyini type, name, id, placeholder, autocomplete və
  • yanındakı label mətnindən tanıyır
13₼
bir dəfəlik ödəniş
Run Tərs Şəkil Axtarışı PC proqram
Tərs axtarış servisləri şəkli

Run Tərs Şəkil Axtarışı

Bir şəklin əslində haradan gəldiyini tapır. Şəklin üstündə sağ klik edirsən, eklenti onu tərs axtarış servislərinə göndərir. «Bu foto doğrudanmı bu hadisəyə aiddir?» sualının ən qısa cavabı.

  • Sağ klik menyusundan dörd servisdə axtarış: Google Lens, Yandex,
  • Bing və TinEye
  • «HAMISINDA AXTAR» dördünü eyni anda ayrı vərəqlərdə açır
13₼
bir dəfəlik ödəniş
Run ClipBoard PC proqram
Bütün mətnlər brauzerin öz

Run ClipBoard

Eyni cavabları gündə onlarla dəfə yazanlar üçün. Mətni bir dəfə yazırsan — satış cavabı, rekvizit, təlimat — sonra bir kliklə kopyalayırsan və ya birbaşa açıq xanaya yazırsan.

  • Hazır cavabları kateqoriyalara bölürsən: Satış, Dəstək, Şəxsi
  • Axtarış ad, kateqoriya və mətnin içi üzrə işləyir
  • Sancaq — ən çox işlətdiyin mətnlər siyahının yuxarısında qalır
13₼
bir dəfəlik ödəniş
Run LinkGuard PC proqram
Bu eklenti əlamətləri aşkarlayır,

Run LinkGuard

Açdığın saytı fırıldaq əlamətlərinə görə yoxlayır və 0-100 arası risk balı verir. Bal yüksək olanda səhifənin üstündə qırmızı xəbərdarlıq zolağı çıxır — ödəniş və ya şifrə yazmadan əvvəl xəbər tutursan.

  • Ünvan quruluşunda 11 risk əlaməti: IP ünvan, @ işarəsi, çoxlu alt domen,
  • punycode, qeyri-adi port, HTTPS olmaması və digərləri
  • Latın hərfinə oxşayan kiril hərflərini tutur — аpple.com ≠ apple.com
12₼
bir dəfəlik ödəniş
Run Arxivçi PC proqram
Parolla açılan səhifələr də

Run Arxivçi

Araşdırma materialı silinəndə əlində sübut qalsın. Səhifəni həmin anda olduğu kimi saxlayır — mətnini, şəklini, vaxtını — və sonradan dəyişmədiyini göstərən barmaq izi yaradır.

  • Səhifənin mətnini, ekran görüntüsünü və vaxtını bir kliklə saxlayır
  • Tam səhifə görüntüsü avtomatik sürüşdürülüb kadrlardan birləşdirilir
  • SHA-256 barmaq izi — mətnin bir hərfi dəyişsə, rəqəm tamam başqa olur
13₼
bir dəfəlik ödəniş
Run Reklam Blokatoru PC proqram
YouTube-un öz video reklamları

Run Reklam Blokatoru

Səhifələri reklamdan, izləmədən və cookie pəncərələrindən təmizləyir. Saytlar daha tez açılır, daha az trafik yeyir, oxumaq rahatlaşır.

  • 196 hazır bloklama qaydası — reklam şəbəkələri, izləyicilər, cookie servisləri
  • Banner və pop-uplar açılmadan dayandırılır
  • Cookie razılıq pəncərələri və ekranı örtən pəncərələr gizlənir
15₼-dən
bir dəfəlik ödəniş
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.