ruN ruN Dizayn software & support
Run Arxivçi
Windows proqramı

Run Arxivçi

Araşdırma materialı silinəndə əlində sübut qalsın. Səhifəni həmin anda
olduğu kimi saxlayır — mətnini, şəklini, vaxtını — və sonradan
dəyişmədiyini göstərən barmaq izi yaradır.

Nə edir

  • Səhifənin mətnini, ekran görüntüsünü və vaxtını bir kliklə saxlayır
  • Tam səhifə görüntüsü avtomatik sürüşdürülüb kadrlardan birləşdirilir
  • SHA-256 barmaq izi — mətnin bir hərfi dəyişsə, rəqəm tamam başqa olur
  • Arxivləmə anının dəqiq vaxtı ISO formatında qeydə alınır
  • Hər qeydə öz qeydini yazırsan — materialı niyə saxladığını
  • Səhifənin tam HTML mənbəyini də saxlayır
  • Səliqəli HTML hesabat: ünvan, başlıq, müəllif, dərc tarixi və barmaq izi
  • Hesabatı mətn (.txt), sənəd (.html) və ya şəkil (.png) kimi yükləmək
  • Arxivdə axtarış — başlıq, ünvan və öz qeydin üzrə
  • Qeydlər brauzerin öz bazasında saxlanılır, heç yerə göndərilmir
  • Maksimum qeyd sayı özün təyin edirsən, həddi aşanda ən köhnəsi silinir
  • Alt+Shift+A — paneli bir qısayolla açır
  • İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
  • PULSUZ VERSİYADA NƏ VAR
  • 10 qeyd, mətnin və ekran görüntüsünün saxlanması, .txt yükləmə.
  • Limitsiz qeyd, tam HTML saxlama, HTML hesabat və şəkil yükləmə PRO-dadır.
AçarKompüterə bağlı
Tələblər: Parolla açılan səhifələr də arxivlənir, çünki eklenti sənin açıq sessiyandan oxuyur — şəxsi məlumatın qeydə düşməməsinə diqqət et. Çox uzun səhifələrdə ekran görüntüsü 30 kadrla məhdudlaşır.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.