ruN ruN Dizayn software & support
RunSafe — Şifrələnmiş qeyd və fayl seyfi
Windows proqramı

RunSafe — Şifrələnmiş qeyd və fayl seyfi

RunSafe şəxsi sənədləri, qeydləri, şəkilləri və digər faylları AES-256-GCM şifrələməsi ilə qorumaq üçün hazırlanmış oflayn seyf proqramıdır. Məlumatlar kompüterdə saxlanılır, bulud və internet bağlantısı tələb olunmur. Proqram seyf yaratmaq, mövcud seyfi açmaq, faylları şifrələmək və ehtiyat nüsxədən bərpa etmək imkanları təqdim edir.

Nə edir

  • AES-256-GCM ilə güclü fayl şifrələməsi
  • Məlumatların yalnız lokal kompüterdə saxlanılması
  • İnternetsiz və oflayn işləmə
  • Master parol ilə seyfin qorunması
  • Şifrələnmiş seyf yaratmaq və mövcud seyfi açmaq
  • Şəxsi qeydləri və faylları təhlükəsiz saxlamaq
  • Fayl adlarının və etiketlərin şifrələnməsi
  • Güclü parol yaratmaq və parolun gücünü yoxlamaq
  • Avtomatik kilidləmə
  • Panik kilidi ilə məlumatların operativ yaddaşdan təmizlənməsi
  • Master parolun dəyişdirilməsi
  • Şifrələnmiş ehtiyat nüsxə yaratmaq və bərpa etmək
  • Windows üçün rahat və müasir interfeys
  • Tam Azərbaycan dilində interfeys
Versiya1.0.0
AçarKompüterə bağlı
Tələblər: Windows

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.