ruN ruN Dizayn software & support
RunMark - Fotoları loqolama proqramı
7 gün pulsuz sınaq Windows proqramı

RunMark - Fotoları loqolama proqramı

RunMark — şəkillərin üzərinə loqo, su nişanı və mətn əlavə etmək üçün nəzərdə tutulmuş Windows proqramıdır. Bir və ya bir neçə şəkli eyni vaxtda emal etməyə, nişanın mövqeyini və görünüşünü tənzimləməyə imkan verir. Orijinal şəkilləri dəyişdirmədən nəticələri yeni fayllar şəklində saxlayır.

Nə edir

  • Şəkillərə loqo, su nişanı və mətn əlavə etmək imkanı
  • Bir neçə şəklin eyni vaxtda emalı
  • Qovluqdakı bütün şəkillərin toplu emalı
  • Nişanın ekrandakı mövqeyini seçmək imkanı
  • Nişanın ölçüsünü tənzimləmək imkanı
  • Şəffaflıq səviyyəsinin dəyişdirilməsi
  • Şəkillərin kənarlarından məsafənin tənzimlənməsi
  • Nişanın fırlanma bucağını dəyişmək imkanı
  • Şəkillərin üzərində təkrarlanan nişan yerləşdirmə funksiyası
  • Şəklin ölçüsünü dəyişmədən saxlamaq seçimi
  • Kiçik şəkillərin böyüdülməsinin idarə edilməsi
  • Orijinal şəkillərin qorunması
  • Emal edilmiş faylları ayrıca saxlamaq imkanı
  • EXIF məlumatlarının saxlanılması seçimi
  • Eyni adlı faylların üzərinə yazmaq və ya yeni adla saxlamaq seçimi
  • Emal zamanı internetə şəkil göndərilməməsi
  • Sadə və istifadəsi rahat interfeys
  • Açıq və qaranlıq mövzu dəstəyi
Versiya1.0.1
AçarKompüterə bağlı
Demo yüklə Heç nə soruşmuruq — faylı dərhal endirirsiniz, içində 7 günlük lisenziya var. Bəyənsəniz, elə həmin quraşdırmada açarı dəyişirsiniz.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.