Run Foto Yükləyici
Saytlardan şəkil yığmağı bir kliklik işə çevirir. Şəklin üstündə sağ klik
edib istədiyin formatda yükləyirsən, formatı bir dəfə yaddaşa vurursan,
bundan sonra tək kliklə enir.
Nə edir
- Sağ klik menyusundan JPG, PNG və ya WEBP formatında yükləmə
- Standart format bir dəfə seçilir, yaddaşda qalır — sonra tək klik kifayətdir
- Səhifədəki bütün şəkilləri bir paneldə göstərir
- Gizli lazy-load və CSS fon şəkillərini də tapır
- Ölçüyə görə süzgəc — kiçik ikonlar siyahını doldurmur
- Seçilən şəkilləri toplu və ya ZIP faylı kimi endirir
- Səbət: müxtəlif saytlardan şəkil yığıb hamısını birdən yükləmək
- Keyfiyyət tənzimi və avtomatik ölçü kiçiltməsi
- Fayl adları öz şablonunla qurulur — sayt adı, tarix, nömrə
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
Versiya1.0.1
AçarKompüterə bağlı
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.