ruN ruN Dizayn software & support
Run ClipBoard
Windows proqramı

Run ClipBoard

Eyni cavabları gündə onlarla dəfə yazanlar üçün. Mətni bir dəfə
yazırsan — satış cavabı, rekvizit, təlimat — sonra bir kliklə
kopyalayırsan və ya birbaşa açıq xanaya yazırsan.

Nə edir

  • Hazır cavabları kateqoriyalara bölürsən: Satış, Dəstək, Şəxsi
  • Axtarış ad, kateqoriya və mətnin içi üzrə işləyir
  • Sancaq — ən çox işlətdiyin mətnlər siyahının yuxarısında qalır
  • İstifadə sayğacı göstərir hansı cavabı nə qədər işlətdiyini
  • Rəqəm düymələri 1-9 ilk doqquz mətni bir toxunuşla kopyalayır
  • «SƏHİFƏYƏ YAZ» mətni birbaşa açıq xanaya yerləşdirir — WhatsApp Web,
  • poçt, admin panel; kopyala-yapışdır etmədən
  • Dəyişən sahələr: mətndə {ad}, {nömrə}, {məbləğ} yazırsan, kopyalayanda
  • eklenti dəyərləri soruşur, hazır mətn buferə düşür
  • Quraşdıranda beş hazır şablon gəlir — sifariş, qiymət təklifi,
  • müraciət, problem həlli, bank rekvizitləri
  • Kopyaladıqların tarixçədə qalır, neçə qeyd saxlanacağını özün seçirsən
  • Sıralama ən çox işlənənə, ən yeniyə və ya ada görə
  • Bütün mətnləri JSON faylına yazıb başqa kompüterdə geri oxuyursan
  • Alt+Shift+C — paneli bir qısayolla açır
  • İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
  • PULSUZ VERSİYADA NƏ VAR
  • 10 mətn, kateqoriyalar, axtarış, kopyalama və səhifəyə yazma.
  • Limitsiz mətn, dəyişən sahələr, tarixçə və ehtiyat nüsxə PRO-dadır.
AçarKompüterə bağlı
Tələblər: Bütün mətnlər brauzerin öz yaddaşındadır, heç bir serverə göndərilmir. Brauzeri silsən, mətnlər də gedir — vacib şablonları ehtiyat nüsxə ilə fayla yazıb saxla.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.