Run SEO Yoxlayıcı
İstənilən səhifənin SEO vəziyyətini bir neçə saniyəyə yoxlayır və
0-100 bal verir. Problemlər rəngli nişanlarla sadalanır, hesabatı
kopyalayıb müştəriyə göndərirsən.
Nə edir
- Altı bölmədə tam yoxlama: meta, başlıqlar, şəkillər, linklər, sosial, texniki
- Title və description uzunluğu — min/maks həddi özün təyin edirsən
- H1 sayı və başlıq ardıcıllığındakı səhvlər
- Alt yazısı olmayan və ölçüsü verilməyən şəkillər
- Daxili, xarici və boş mətnli linklərin sayı
- Sınıq linkləri HTTP statusu ilə birlikdə tapır
- Open Graph, Twitter Card və JSON-LD schema yoxlaması
- HTTPS, qarışıq məzmun, viewport, kodlaşdırma
- Yüklənmə vaxtı, səhifə həcmi və sorğu sayı
- robots.txt və sitemap.xml — sitemap-dakı URL sayı ilə
- Bir düymə ilə səhifədəki bütün başlıqlar H1…H6 etiketi ilə işarələnir
- Hesabatı mətn kimi kopyalamaq
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
AçarKompüterə bağlı
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.