Run Qeydlər
Qeydi birbaşa səhifənin üstünə yapışdırır. Səhifəni bir aydan sonra
yenə açsan, qeyd həmin yerdə olur — araşdırma gedişində hansı
səhifədə nəyə fikir verdiyin itmir.
Nə edir
- Qeyd açıq səhifənin üstünə yapışır və həmin ünvana bağlanır
- Qeydi sürükləyib səhifənin istədiyin yerinə qoyursan — yeri yadda qalır
- Aşağı küncündən dartıb hündürlüyünü dəyişirsən, ox ilə yığırsan
- Üç rəng — sarı, çəhrayı, mavi — mövzuları ayırmaq üçün
- Təsadüfi silinmə olmur: silmək üçün düyməyə iki dəfə basmaq lazımdır
- Eyni səhifə iki vərəqdə açıqdırsa, yazdığın hər ikisində görünür
- İkonun üstündəki rəqəm həmin səhifədə neçə qeyd olduğunu göstərir
- Paneldə bu səhifənin və bütün qeydlərin siyahısı, qeydin səhifəsini
- yeni vərəqdə açmaq düyməsi
- Bütün qeydlərin mətnində, başlığında və ünvanında axtarış
- Domen üzrə qeyd — xatırlatma saytın bütün alt səhifələrində çıxır
- Seçilmiş mətni qeydə çevirmək — sitat, mənbə ünvanı və tarix avtomatik
- Bütün qeydləri TXT və ya HTML arxivi kimi yükləmək
- Qısayollar: Alt+Shift+N yeni qeyd vurur, Alt+Shift+H qeydləri gizlədir
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
- PULSUZ VERSİYADA NƏ VAR
- Pulsuz versiyada 15 qeyd saxlanılır; üç rəng, sürükləmə və panel
- siyahısı var. Limitsiz qeyd, axtarış, domen üzrə qeyd, seçilmiş
- mətndən sitat, ixrac və qeydləri gizlətmə PRO versiyadadır.
AçarKompüterə bağlı
Tələblər: Chrome bəzi səhifələrdə eklentilərə icazə vermir: chrome:// səhifələri, Chrome Web Store, PDF görüntüləyici və kompüterdən açılan file:// faylları. Orada qeyd vurula bilmir — bu brauzerin qaydasıdır. Qeydlər yalnız brauzerin öz yaddaşındadır, heç bir serverə göndərilmir; brauzerin məlumatını silsən, qeydlər də gedir — vacib olanları vaxtaşırı fayl kimi yüklə.
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.