Run Sosial Önizləmə
Linkini paylaşmadan əvvəl necə görünəcəyini göstərir. Beş şəbəkənin
kartını çəkir, meta nöqsanlarını sadalayır və düzgün teqləri hazır
HTML kimi verir.
Nə edir
- Facebook, Twitter / X, Telegram, WhatsApp və LinkedIn kartı bir paneldə
- Hər kart həmin şəbəkənin real görünüşünə yaxın çəkilir
- X kartı twitter:card dəyərinə görə böyük və ya kiçik şəkillə göstərilir
- Şəkil yoxdursa karta «ŞƏKİL YOXDUR» boşluğu qoyulur — paylaşanda
- kartın necə boş görünəcəyi dərhal bəlli olur
- Səhifənin bütün og, twitter, canonical, favicon və theme-color
- teqlərini oxuyur, hansı var, hansı yoxdur bir baxışda görünür
- Problemləri ciddiliyinə görə rəngli nöqtə ilə sadalayır
- Başlıq 60, təsvir 155 simvol həddini aşanda xəbərdarlıq verir
- Şəkil ölçüsü meta teqdəki rəqəmə görə deyil, şəklin özü yüklənib real
- ölçüsü oxunur — teqdə 1200×630 yazılıb fayl 600×315-dirsə, tutulur
- Şəklin nisbəti 1.91:1-dən uzaq olanda kənarların kəsiləcəyini bildirir
- og:image HTTPS ilə verilməyəndə və ya ünvan açılmayanda xəbər verir
- «HAZIR META KODU» düzgün teqləri hazır HTML kimi verir — başlığı və
- təsviri kəsir, şəkil ünvanını HTTPS-ə çevirir, real ölçünü yazır
- Tövsiyə olunan şəkil ölçüsünü özün təyin edirsən, standart 1200×630
- Alt+Shift+O — paneli bir qısayolla açır
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
- PULSUZ VERSİYADA NƏ VAR
- Beş önizləmə kartı, problemlər siyahısı və oxunan meta siyahısı.
- Hesabatın kopyalanması, hazır meta kodu və kart seçimi PRO-dadır.
Versiya1.0.1
AçarKompüterə bağlı
Tələblər: Kartlar şəbəkələrin görünüşünə yaxındır, amma piksel-piksel eyni deyil — şəbəkələr öz dizaynını vaxtaşırı dəyişir. Həmçinin şəbəkələr kartı öz keşində saxlayır: meta teqi düzəltdikdən sonra Facebook Sharing Debugger və ya X Card Validator ilə keşi təzələmək lazım gələ bilər.
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.