ruN ruN Dizayn software & support
RunCore - Kompüterə nəzarət et
Windows proqramı

RunCore - Kompüterə nəzarət et

Proqramların CPU prioritetini və nüvə təyinatını idarə edir.

Nə edir

  • İşləyən proqramların siyahısı: CPU və yaddaş yükü ilə
  • Prioritet dəyişmək — ağır proqram sistemi boğmasın
  • Nüvə təyinatı: proqramı seçdiyiniz nüvələrə bağlamaq
  • Qaydalar: proqram hər açılanda eyni tənzim özü tətbiq olunur
  • Canlı CPU və RAM göstəriciləri
  • Axtarış — Azərbaycan əlifbası ilə də düzgün işləyir
  • İnterfeys üç dildə: Azərbaycan, İngilis, Rus
Versiya1.0.0
AçarKompüterə bağlı

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.