RunClean — Kompüter təmizləmə və optimallaşdırma proqramı
Zamanla disk müvəqqəti fayllar, brauzer keşi, yeniləmə qalıqları və dublikatlarla dolur. RunClean nəyin nə qədər yer tutduğunu göstərir, siz seçirsiniz, o təmizləyir — və silmir, karantinə köçürür, yəni səhv olsa geri qaytarmaq olur.
Nə edir
- Kateqoriya üzrə skan: Windows müvəqqəti faylları, prefetch, qəza hesabatları, Windows Update keşi, brauzer keşləri (Chrome, Edge, Brave, Opera, Firefox — bütün profillər), miniatür keşi, zibil qutusu, 90 gündən köhnə yükləmələr
- Hər kateqoriyada «GÖSTƏR» — silinəcək faylların dəqiq siyahısı
- Karantin: təmizlənən fayllar 7 gün saxlanılır, «GERİ QAYTAR» olduğu kimi qaytarır
- Dublikat tapıcı: ölçü → ilk 64 KB → tam hash; hansı nüsxənin qalacağını siz seçirsiniz
- Böyük fayllar: seçdiyiniz qovluqda ən böyük 50 fayl
- Başlanğıc proqramları: hansı proqram kompüterlə birlikdə açılır — söndürmək geri qaytarıla biləndir
- Disklər üzrə icmal: nə qədər dolu, bu skanla nə qədər yer açıla bilər
- Üstünlükləri
- Səhvdən qorunma — bir çox təmizləyici dərhal silir; bu karantinə köçürür
- Çərəzlər, tarixçə və şifrələr ayrıca, aydın işarələnmiş kateqoriyalardır — təsadüfən silinmir
- Sənədlər, İş masası və sistem qovluqları heç vaxt silinmir
- Reklamsız, «sisteminizdə 4.312 xəta tapıldı» kimi qorxutmalar yoxdur
Versiya1.0.2
AçarKompüterə bağlı
Tələblər: Windows
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.