Run Reklam Blokatoru
Səhifələri reklamdan, izləmədən və cookie pəncərələrindən təmizləyir.
Saytlar daha tez açılır, daha az trafik yeyir, oxumaq rahatlaşır.
Nə edir
- 196 hazır bloklama qaydası — reklam şəbəkələri, izləyicilər, cookie servisləri
- Banner və pop-uplar açılmadan dayandırılır
- Cookie razılıq pəncərələri və ekranı örtən pəncərələr gizlənir
- Analitika və izləmə skriptləri bloklanır
- Səhifədə qalan boş reklam qutuları da təmizlənir
- Hər sayt üçün ayrıca açıb-bağlamaq — zərər görən sayt bir kliklə istisnaya düşür
- Element gizlətmə: səhifədə xoşuna gəlməyən istənilən hissəni seçib həmişəlik yox edirsən
- İkonda neçə sorğunun bloklandığı görünür
- Ümumi sayğac — vaxt keçdikcə nə qədər zibilin qarşısı alınıb
- Öz bloklama qaydalarını əlavə etmək imkanı
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
AçarKompüterə bağlı
Tələblər: YouTube-un öz video reklamları bloklanmır. Google Manifest V3-də filtr imkanlarını məhdudlaşdırıb və öz saytını ayrıca qoruyur. Adi saytlardakı bannerlər, pop-uplar, izləyicilər və cookie pəncərələri bloklanır.
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.