Run Sekmə İdarəçisi
Onlarla açıq tabı bir panelə yığır: axtarır, dublikatları tapır,
lazımsızları bağlayır və işin sonunda hamısını «sessiya» kimi
saxlayır. Sabah eyni yerdən davam edirsən.
Nə edir
- Bütün açıq tablar bir siyahıda, pəncərə-pəncərə göstərilir
- Canlı axtarış — həm başlıq, həm ünvan üzrə, yazdıqca süzülür
- Klaviatura ilə iş: ox düymələri ilə gəzirsən, Enter tabı açır,
- boşluq işarələyir, Esc axtarışı təmizləyir
- Hər sətirdə üç düymə: tabın üstünə keç, sabitlə, bağla
- Nişanlar — açıq, sabit, səs, yuxuda, qrup — və yuxarıda sayğaclar
- Dublikatları tapıb bağlayır; www, sonuncu kəsik və #bölmə nəzərə
- alınmır, yəni həqiqətən eyni səhifələr tapılır
- Açıq tabları adlandırıb sessiya kimi saxlayırsan, bir kliklə hamısı
- yeni pəncərədə açılır
- Domen üzrə qruplama — eyni saytın tabları Chrome-un rəngli qrupuna düşür
- Yuxu rejimi: toxunulmayan tab yaddaşı buraxır, bağlanmır; üstünə
- qayıdanda səhifə yenidən yüklənir
- Sessiyanı TXT, Markdown və ya HTML kimi yükləmək — Markdown birbaşa
- məqalənin mənbə siyahısına köçürülür
- Sayt icazəsi istəmir — səhifələrin içinə girmir, yalnız tabların
- siyahısı ilə işləyir
- Qısayol Alt+Shift+B — panel bir düyməyə basmaqla açılır
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
- PULSUZ VERSİYADA NƏ VAR
- Tab siyahısı, axtarış, dublikatlar, bağlama, sabitləmə və 3 sessiya
- pulsuzdur. Domen qrupları, seçilmişləri qruplamaq, yuxu rejimi,
- limitsiz sessiya, fayla yazma və bütün pəncərələri bir siyahıda
- görmək PRO versiyadadır.
AçarKompüterə bağlı
Tələblər: Sessiya yalnız ünvan və başlıqdan ibarətdir — səhifənin özü saxlanılmır, sayt məzmunu dəyişsə, sessiya köhnə yazını geri gətirmir. Çox tablı sessiya açılanda Chrome hamısını birdən yükləməyə başlayır; 50 tablıq sessiyanı açmazdan əvvəl bunu nəzərə al. Chrome bəzi tabları yaddaşdan boşaltmağa icazə vermir — belə hallar sayılıb paneldə göstərilir.
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.