Run oxu rejimi - Xəbəri reklamsız, təmiz oxu
Xəbər səhifəsindən yalnız məqaləni çıxarır: başlıq, müəllif, tarix,
mətn və şəkillər. Reklam, menyu, «oxşar xəbərlər» və şərhlər qalmır;
qısayola bir daha basanda səhifə öz halına qayıdır.
Nə edir
- Bir qısayol — Alt+Shift+U — oxu rejimini açır və bağlayır
- Orijinal səhifə silinmir, yalnız gizlədilir, geri qayıtmaq bir düymədir
- Üç kağız rəngi: ağ, sepiya, tünd
- Şrift ölçüsü və sətir aralığı oxu panelinin özündən tənzimlənir
- Şrift seçimi — Poppins, serif və ya sistem şrifti — və sütun eni
- Oxu müddəti göstəricisi, yuxarıda nazik tərəqqi zolağı
- Məqaləni HTML və ya TXT kimi yükləmək — mənbə ünvanı və tarix yazılır
- Səliqəli çap üslubu: brauzerin «PDF kimi saxla»sı ilə oxunaqlı PDF
- Mətni seçib vurğulamaq — vurğular həmin ünvan üçün yadda qalır
- Diqqəti cəmləmə: yalnız oxuduğun abzas tam görünür, qalanları solğunlaşır
- Seçdiyin domenlərdə səhifə açılan kimi avtomatik işə düşür
- Oxu qatı saytın öz üslubundan təcrid olunur — səhifənin CSS-i mətni
- korlamır
- Səhifədə sağ klik menyusundan da açılır
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
- PULSUZ VERSİYADA NƏ VAR
- Oxu rejimi, şrift ölçüsü, sətir aralığı və üç kağız rəngi pulsuzdur.
- Oxu müddəti və tərəqqi zolağı, şrift və sütun seçimi, HTML/TXT
- saxlama, çap, vurğular, avtomatik rejim və diqqət rejimi PRO
- versiyadadır.
AçarKompüterə bağlı
Tələblər: chrome:// səhifələrində, brauzerin mağazasında, PDF görüntüləyicidə və kompüterdən açılan file:// fayllarında işləmir — Chrome orada eklentiyə icazə vermir. Mətni gec yükləyən saytlarda səhifə tam açılmamış qısayola basılsa, məqalə tapılmaya bilər: bir az gözləyib yenidən bas. Ödənişli (paywall) saytlarda yalnız səhifədə görünən hissə oxunur, kilidli mətn açılmır. Video və interaktiv qrafikalar oxu rejiminə düşmür — mətn və şəkillər qalır.
Dəyişikliklər
Quraşdırandan sonra 7 gün bütün PRO funksiyalar pulsuz işləyir Lisenziya açarı ilə tam versiya açılır Poppins şrifti ilə təmiz, göz yormayan interfeys Google Chrome və Chromium əsaslı brauzerlər (Edge, Brave, Opera, Yandex) Yeni versiya çıxanda eklenti özü xəbər verir Səhifə üzərində işləyən funksiyalar brauzerin öz səhifələrində (chrome://, Chrome Web Store) və PDF vərəqlərində işləmir — bu, eklentinin yox, brauzerin məhdudiyyətidir.
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.