ruN ruN Dizayn software & support
Run YouTube Transkript
Windows proqramı

Run YouTube Transkript

YouTube videosunun altyazısını oxunaqlı mətnə çevirir. Müsahibədən
sitat götürmək, danışılanı sözbəsöz yoxlamaq və mətni fayl kimi
saxlamaq üçündür.

Nə edir

  • Videonun başlığı, kanalı və müddəti panelin başında görünür
  • Transkript zaman kodları ilə, oxunaqlı abzaslara bölünmüş halda
  • Zaman koduna və ya abzasa klikləyəndə video həmin yerə atlayır
  • Qırıq altyazı parçaları cümlə sonuna və fasiləyə görə birləşdirilir —
  • xam seqment siyahısı yox, bitkin abzaslar alırsan
  • Abzasın təxmini uzunluğunu özün tənzimləyirsən (120—1200 hərf)
  • Mətndə axtarış — sözü işıqlandırır, neçə yerdə keçdiyini yazır,
  • nəticələr arasında gəzdirir
  • «Zaman kodları ilə» və «yalnız mətn» görünüşü arasında keçid
  • Videonun bütün altyazı dilləri siyahıda; avtomatik tanınanlar
  • «AVTOMATİK» sözü ilə işarələnir
  • Mətni kopyalamaq, .TXT, .SRT və .VTT faylı kimi yükləmək
  • [musiqi] kimi işarələri mətndən avtomatik silmək
  • Shorts videolarında da işləyir
  • Kənar servisə qoşulmur — altyazı birbaşa YouTube-dan alınır, mətn
  • brauzerin içində emal olunur, heç yerə göndərilmir
  • Qısayol Alt+Shift+Y — panel bir düyməyə basmaqla açılır
  • İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
  • PULSUZ VERSİYADA NƏ VAR
  • Transkripti göstərmək, zaman kodları, videoya atlamaq, kopyalamaq və
  • .TXT yükləmək pulsuzdur. Bütün altyazı dilləri, mətndə axtarış, abzas
  • uzunluğunun tənzimi və .SRT / .VTT yükləmə PRO versiyadadır.
AçarKompüterə bağlı
Tələblər: QEYD Eklenti səsi tanımır — yalnız videonun hazır altyazısını oxuyur. Altyazısı olmayan videodan mətn çıxmır; panel belə halda «bu videonun altyazısı yoxdur» yazır, bu nasazlıq deyil. «AVTOMATİK» işarəli altyazını maşın yazdığı üçün adlar, rəqəmlər və oxşar səslənən sözlər səhv düşə bilər. Sitatı dərc etməzdən əvvəl zaman koduna klikləyib həmin yeri videodan dinlə və sözbəsöz yoxla.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.