Run LinkGuard
Açdığın saytı fırıldaq əlamətlərinə görə yoxlayır və 0-100 arası risk
balı verir. Bal yüksək olanda səhifənin üstündə qırmızı xəbərdarlıq
zolağı çıxır — ödəniş və ya şifrə yazmadan əvvəl xəbər tutursan.
Nə edir
- Ünvan quruluşunda 11 risk əlaməti: IP ünvan, @ işarəsi, çoxlu alt domen,
- punycode, qeyri-adi port, HTTPS olmaması və digərləri
- Latın hərfinə oxşayan kiril hərflərini tutur — аpple.com ≠ apple.com
- 66 qorunan brend üzrə oxşar yazılış yoxlaması, hərf məsafəsi hesablanır
- Siyahıda Azərbaycan bankları, ödəniş sistemləri və operatorlar da var
- Fırıldaqda çox işlənən 40 domen sonluğunu tanıyır
- Saxta giriş səhifəsi əlamətləri: şifrə formu başqa domenə göndərirsə,
- kənar çərçivə içindədirsə, HTTPS yoxdursa
- Linkin mətni bir domen göstərib özü başqasına aparanda xəbər verir
- .exe, .msi, .apk kimi fayla birbaşa aparan linkləri işarələyir
- Öz qara və ağ siyahın, öz brend siyahın — yanlış xəbərdarlıq olmur
- Məşhur infrastruktur domenləri hazırda istisna siyahısındadır
- Xəbərdarlıqlar qeydə alınır, ikonda risk balı göstərilir
- Heç bir ünvan kənara göndərilmir — bütün yoxlama brauzerin içindədir
- Alt+Shift+L — paneli bir qısayolla açır
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
- PULSUZ VERSİYADA NƏ VAR
- Saytın özünün yoxlanması, risk balı və xəbərdarlıq zolağı.
- Səhifədəki bütün linklərin yoxlanması, öz siyahıların və hesabatın
- kopyalanması PRO-dadır.
AçarKompüterə bağlı
Tələblər: Bu eklenti əlamətləri aşkarlayır, hökm vermir. Yüksək bal saytın mütləq fırıldaq olduğunu sübut etmir, aşağı bal da təhlükəsizliyə zəmanət deyil — yeni açılmış fırıldaq saytı heç bir əlamət verməyə bilər.
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.