ruN ruN Dizayn software & support
RunQaime 2.0 — Qaimə və hesab-faktura proqramı
Windows proqramı

RunQaime 2.0 — Qaimə və hesab-faktura proqramı

RunQaime 2.0 — bizneslər, sahibkarlar və mühasiblər üçün qaimə və hesab-fakturaların hazırlanması, çapı və PDF formatında saxlanması üçün masaüstü proqramdır. Müştəri və məhsul bazası, ƏDV hesablamaları, ödənişlərə nəzarət, borcların izlənməsi və satış hesabatları bir proqramda birləşdirilib. Hazırladığınız sənədin görünüşünü çapdan əvvəl canlı önizləmədə görə bilərsiniz.

Nə edir

  • 3 dildə interfeys: Azərbaycan, ingilis və rus dilləri. Qaimənin dilini də ayrıca seçmək mümkündür.
  • Qaimə və hesab-fakturaların hazırlanması: avtomatik nömrələmə, müxtəlif şablonlar və canlı önizləmə.
  • PDF və çap: A4 və A5 formatları, birbaşa çap və PDF faylına ixrac.
  • Müştəri və məhsul bazası: müştəri rekvizitlərini, mal və xidmətləri bir yerdə saxlayın.
  • Avtomatik hesablamalar: ƏDV, endirim, ümumi məbləğ və qalıq borc avtomatik hesablanır.
  • Çoxvalyutalı əməliyyatlar: AZN, USD, EUR, TRY və digər valyutaları ayrıca izləyin; fərqli valyutalar bir məbləğdə toplanmır.
  • Ödənişlərə nəzarət: qismən ödənişləri qeyd edin, ödənilməmiş və gecikmiş qaimələri izləyin.
  • Ətraflı hesabatlar: satış statistikası, aylıq dövriyyə, ƏDV bölgüsü və müştərilər üzrə borclar.
  • Excel ixracı: qaimələri, müştəriləri, sətirləri və hesabatları .xlsx formatında əldə edin.
  • Oflayn işləmə: məlumatlar kompüterinizdə saxlanılır, internet bağlantısı tələb olunmur.
  • 30 günlük sınaq müddəti: proqramı sınaqdan keçirərək iş prosesinizə uyğunluğunu yoxlayın.
Versiya2.0.1
AçarKompüterə bağlı
Tələblər: Windows

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.