ruN ruN Dizayn software & support
Run Valyuta Çevirici
Windows proqramı

Run Valyuta Çevirici

Mərkəzi Bankın rəsmi məzənnələri ilə valyuta çevirir. Səhifədə qiyməti
seçib sağ klik edirsən, manat qarşılığı dərhal görünür. Xarici
mağazalarda alış-veriş edənlər üçün.

Nə edir

  • Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri işlənir
  • Seçilmiş qiyməti sağ klikdə manata çevirir, nəticə səhifənin altında çıxır
  • Qiymətin istənilən yazılışını tanıyır: $1,299.00 · €45 · 1 250 USD ·
  • ₺890 · 150 руб · £20 · 1.299,00 € · ₾350 · AED 1,250 · 99.99$
  • Panelin özündə çevirici: məbləğ, hansı valyutadan, hansına
  • CBAR-ın bugünkü məzənnə cədvəli və məzənnənin tarixi paneldə görünür
  • Cədvəldə hansı valyutaların görünəcəyini özün seçirsən
  • Səhifədəki qiymətlərin yanında kiçik boz rəqəmlə manat qarşılığı çıxır
  • Səhifənin mətni dəyişdirilmir — qiymətin yanına ayrıca kiçik yazı əlavə
  • olunur, skript, kod və redaktə sahələrinə toxunulmur
  • Avtomatik çevirmə hər sayt üçün ayrıca açıb-bağlanır, istisna siyahısı var
  • Məzənnə gündə bir dəfə özü yenilənir, panelin düyməsi ilə dərhal da olur
  • İnternet yoxdursa sonuncu məzənnə işləyir, köhnə olanda qeyd göstərilir
  • Alt+Shift+V — paneli bir qısayolla açır
  • İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
  • PULSUZ VERSİYADA NƏ VAR
  • Panel çeviricisi, məzənnə cədvəli, sağ klik ilə çevirmə və əsas
  • valyutalar: AZN, USD, EUR, TRY, RUB, GBP. Səhifədə avtomatik qiymət
  • çevirmə, istisna saytlar və CBAR-ın verdiyi bütün valyutalar PRO-dadır.
AçarKompüterə bağlı
Tələblər: Məzənnə internetdən alınır — cbar.az-dan, o işləmədikdə iki ehtiyat xidmətdən. Bank metalları (qızıl, gümüş) cədvələ düşmür. Məzənnə günün rəsmi məzənnəsidir, bankın kassa və ya kart kursu ondan fərqlənir.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.