ruN ruN Dizayn software & support
Run Sayt İzləyicisi
Windows proqramı

Run Sayt İzləyicisi

İzlədiyin səhifədə nəsə dəyişən kimi xəbər verir. Rəqib saytda yeni xəbər,
tender portalında yeni elan, mağazada qiymət dəyişikliyi — hamısını
özün yoxlamaq əvəzinə bildiriş alırsan.

Nə edir

  • Dəyişiklik olan kimi bildiriş — bildirişə klikləyəndə səhifə açılır
  • Seçilmiş hissə rejimi: siyahını və ya cədvəli kliklə seçirsən, yalnız o izlənir
  • Reklam və tarix dəyişəndə lazımsız bildiriş gəlmir
  • Açar söz rejimi — yalnız müəyyən söz görünəndə xəbər verir
  • Yoxlama aralığı hər səhifə üçün ayrıca: 5 dəqiqədən gündə birə qədər
  • Bütün dəyişikliklər tarixi və dəyişən mətn parçası ilə qeydə alınır
  • İkonda neçə yeni dəyişiklik olduğu görünür
  • Hər səhifəni ayrıca dayandırıb davam etdirmək olur
  • Jurnalistlər, tenderlə işləyənlər və rəqibi izləyən saytçılar üçün
  • İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
AçarKompüterə bağlı
Tələblər: Yoxlama brauzer açıq olanda işləyir. Chrome bağlıdırsa, arxa planda izləmə dayanır.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.