Run Responsive Yoxlayıcı
Bir saytı telefon, planşet və masaüstü ölçülərində eyni ekranda
yan-yana göstərir. Dizaynın hansı cihazda necə göründüyünü bir
baxışda görürsən — hər ölçü üçün brauzeri yenidən qurmaq lazım olmur.
Nə edir
- Səkkiz hazır cihaz ölçüsü — telefon, planşet və masaüstü
- Hamısı bir vərəqdə yan-yana, hər cihaz öz çərçivəsində
- Ünvan sətrinə yazdığın səhifə bütün çərçivələrdə birdən açılır
- Zoom 50% / 75% / 100% — yalnız görüntü kiçilir, çərçivənin öz ölçüsü
- dəyişmir, yəni saytın media sorğuları eyni qalır
- Çevirmə düyməsi ilə üfüqi və şaquli baxış
- Bütün çərçivələri bir düymə ilə birdən yeniləmək
- Sinxron sürüşdürmə — bir çərçivədə sürüşdürəndə qalanları da sürüşür
- Hər çərçivənin görüntüsünü PNG kimi yükləmək
- Siyahıda hansı cihazların görünəcəyini özün seçirsən
- Öz cihaz ölçülərini əlavə etmək — ən çox 12 cihaz
- Qısayol Alt+Shift+D — panel bir düyməyə basmaqla açılır
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
- PULSUZ VERSİYADA NƏ VAR
- Hazır cihaz dəstləri, yan-yana görünüş, zoom, çevirmə və yeniləmə
- pulsuzdur. Öz cihaz ölçülərin, sinxron sürüşdürmə və ekran görüntüsü
- PRO versiyadadır.
AçarKompüterə bağlı
Tələblər: Saytların çoxu başqa səhifənin içində (çərçivədə) göstərilməyi qadağa edir. Eklenti bu qadağanı yalnız öz baxış vərəqində və yalnız vərəq açıq olduğu müddətdə götürür — bu zaman həmin saytın müdafiəsi o çərçivə üçün müvəqqəti aradan qalxır. Ona görə bank, e-poçt və ödəniş kabinetlərini bu vərəqdə açmaq məsləhət deyil; sınaq üçün öz saytını aç. Bəzi saytlar öz kodu ilə də çərçivədən çıxır — belə halda çərçivədə «bu sayt çərçivədə açılmır» yazısı və saytı yeni vərəqdə açmaq düyməsi çıxır.
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.