ruN ruN Dizayn software & support
RunStock — Anbar və mal qalığının idarə edilməsi
4 gün pulsuz sınaq Windows proqramı

RunStock — Anbar və mal qalığının idarə edilməsi

RunStock — mağaza, anbar və ticarət müəssisələri üçün malların uçotunu, anbar qalıqlarını və mal hərəkətlərini idarə edən masaüstü proqramdır. Mədaxil, məxaric, anbarlararası köçürmə, inventarizasiya, rezerv, barkod və etiket çapı, maya dəyəri və mənfəət hesabatları vahid sistemdə birləşdirilib. Proqram internet bağlantısı olmadan işləyir və məlumatlar kompüterinizdə saxlanılır.

Nə edir

  • 3 dildə interfeys: Azərbaycan, ingilis və rus dilləri.
  • Anbar qalıqlarına nəzarət: Malların mövcud, rezervdə olan və sərbəst qalıqlarını izləyin.
  • Çoxsaylı anbarlar: Əsas anbarı, mağazanı və digər anbarları vahid proqramdan idarə edin.
  • Mədaxil və məxaric sənədləri: Mal girişini, satışları, silinmələri və anbarlararası köçürmələri qeyd edin.
  • Barkod və etiket çapı: Barkod yaradın, oxuyucu ilə malları tapın və qiymət etiketlərini çap edin.
  • Dəqiq maya dəyəri: FIFO və ya orta çəkili qiymət üsulu ilə maya dəyərini və mənfəəti hesablayın.
  • Az qalıq xəbərdarlığı: Minimum ehtiyat həddindən aşağı düşən malları vaxtında müəyyən edin.
  • İnventarizasiya: Faktiki sayımı sistemdəki qalıqlarla müqayisə edin və fərqləri qeydə alın.
  • Ətraflı hesabatlar: Satış, mənfəət, anbarın dəyəri, ən çox satılan mallar və hərəkətsiz ehtiyatlar haqqında məlumat əldə edin.
  • Excel və CSV ixracı: Malları, qalıqları, sənədləri və hesabatları fayla köçürün.
  • Məlumatların ehtiyat nüsxəsi: Bazanın yedəyini yaradın və lazım gəldikdə bərpa edin.
  • Oflayn işləmə: İnternet bağlantısı olmadan anbar əməliyyatlarını aparın.
Versiya2.0.1
AçarKompüterə bağlı
Demo yüklə Heç nə soruşmuruq — faylı dərhal endirirsiniz, içində 4 günlük lisenziya var. Bəyənsəniz, elə həmin quraşdırmada açarı dəyişirsiniz.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.