ruN ruN Dizayn software & support
Run Form Yoxlayıcı
Windows proqramı

Run Form Yoxlayıcı

Veb ustaları üçün. Sayt müştəriyə təhvil verilməzdən əvvəl formaları
sınamaq lazım gəlir — bu eklenti səhifədəki bütün forma xanalarını bir
düymə ilə uyğun sınaq məlumatı ilə doldurur.

Nə edir

  • Bütün input, textarea və select xanalarını bir kliklə doldurur
  • Xananın nə istədiyini type, name, id, placeholder, autocomplete və
  • yanındakı label mətnindən tanıyır
  • Azərbaycan adları, ünvanları və şəhərləri ilə doldurur — bir doldurmada
  • bütün xanalar eyni şəxsin məlumatı olur, e-poçt da ada uyğun gəlir
  • VÖEN, IBAN, poçt indeksi, telefon və şirkət adı öz düzgün formatında
  • maxlength, pattern, min, max və step atributlarına hörmət edir
  • Checkbox və radio xanalarını işarələyir, select-də boş variantı ötürür
  • React, Vue və Angular formalarında da işləyir — dəyər prototip
  • setter-i ilə yazılır, çərçivə dəyişikliyi görür
  • «XANALARI İŞARƏLƏ» hər xananın üstündə adını, tipini və məcburi
  • olub-olmadığını göstərir
  • «FORMALARI TƏMİZLƏ» bütün xanaları bir kliklə boşaldır
  • Forma hesabatı: xana sayı, action ünvanı, method, enctype və xana adları
  • Formadan kənarda qalan xanalar da ayrıca göstərilir
  • Hesabatı mətn kimi kopyalayıb sənədə yapışdırırsan
  • Öz nümunə məlumatlarını yazırsan — ad, e-poçt, telefon
  • Alt+Shift+K — paneli bir qısayolla açır
  • İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
  • PULSUZ VERSİYADA NƏ VAR
  • Formaların doldurulması və təmizlənməsi.
  • Xana işarələmə, forma hesabatı, hesabatın kopyalanması və öz nümunə
  • məlumatların PRO-dadır.
AçarKompüterə bağlı
Tələblər: Kart nömrələri real deyil: eklenti yalnız ödəniş sistemlərinin öz sənədlərində verilən məşhur sınaq nömrələrini yazır — heç bir banka, hesaba və ya adama aid deyil. Doldurulan bütün məlumat uydurmadır. Eklenti formanı GÖNDƏRMİR və heç nəyi kənara ötürmür — «Göndər» düyməsinə basmaq həmişə sənin işindir. Canlı saytda deyil, sınaq nüsxəsində işlətmək tövsiyə olunur.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.