Run Mətn Alətləri
Azərbaycan dilində işləyən jurnalistlər, redaktorlar və saytçılar üçün.
Böyük hərflə gələn başlığı bir kliklə düzgün formata salır, mətni
təmizləyir, əlifbalar arasında çevirir.
Nə edir
- Azərbaycan qaydasına uyğun başlıq formatı — yalnız ilk söz və xüsusi adlar böyük
- Şəkilçili xüsusi adları düzgün tanıyır: BAKIDA → Bakıda, SOCAR-IN → SOCAR-ın
- Abreviaturalar olduğu kimi qalır — ABŞ, BMT, NATO
- Hərf çevirmələri Azərbaycan qaydaları ilə — I və İ hərfləri səhv düşmür
- Mətni gizli simvollardan, qoşa boşluqlardan və əyri dırnaqlardan təmizləyir
- Başlıqdan hazır URL slug yaradır
- Kiril və latın əlifbaları arasında çevirmə
- Tap və əvəz et — regex dəstəyi ilə
- Söz, simvol, cümlə sayı və oxu müddəti anında görünür
- 70-dən çox hazır xüsusi ad siyahısı — şəhərlər, qurumlar, media, klublar
- Səhifədə mətni seçib sağ klik etməklə də işləyir, nəticə birbaşa buferə düşür
- İnterfeys üç dildə: Azərbaycan, ingilis, rus
AçarKompüterə bağlı
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.