RunThumb — Xəbər və sosial şəbəkələr üçün şəkil hazırlama proqramı
RunThumb xəbər saytları, sosial şəbəkələr və video platformaları üçün peşəkar thumbnail və üz qabığı şəkilləri hazırlamağa imkan verən masaüstü proqramıdır. Başlığı daxil edin, arxa fon şəklini seçin və hazır dizaynı həm 16:9, həm də 9:16 formatında ixrac edin. 10 hazır şablon, toplu istehsal rejimi və brend parametrləri sayəsində eyni üslubda çoxsaylı şəkilləri sürətli hazırlamaq mümkündür.
- 10 hazır dizayn şablonu
- 16:9 və 9:16 formatlarında şəkil hazırlamaq
- Hər iki ölçüdə eyni anda ixrac