ruN ruN DizaynMəhəmməd Türkmən
Xidmətlər

Xidmətlər

Sayt qurulmasından yayım və təhlükəsizliyə qədər. Hər xidmətin öz səhifəsi var və orada qiymətin nədən asılı olduğu, müddət və prosesin necə getdiyi yazılıb.

Aşağıdakı səkkiz istiqamətdə işləyirəm. Çoxu bir-biri ilə bağlıdır: saytı quranda sürəti və təhlükəsizliyi də nəzərə almaq lazımdır, xəbər portalı yayımla birləşir, hack təmizləmədən sonra hostinq məsələsi çıxır.

Sahələr üzrə

Hər biznesin saytının öz işi var: klinikada onlayn qeydiyyat, mağazada ödəniş və çatdırılma, çilingərdə isə zəngin saniyələr ərzində getməsi. Aşağıdakı səhifələrdə hər sahə üçün nəyin lazım olduğunu, nəyin işlədiyini və nəyin pul itirdiyini yazmışam.

Necə işləyirik

Hamısında eyni qayda: əvvəlcə baxıram, sonra qiymət deyirəm, razılaşsaq işə başlayıram. İşin həcmi əvvəlcədən bilinməyən hallarda — hack təmizləmə, köhnə saytın bərpası — qiymət baxandan sonra deyilir və sonradan artırılmır.

Texniki dəstək işlərində isə bir şərt də var: həll olunmasa ödəniş yoxdur.

Hazır məhsullar

Xidmətdən başqa, hazır məhsullar da satıram: WordPress pluginləri, kompüter proqramları və Chrome genişlənmələri. Hər biri lisenziya açarı ilə gəlir və sifarişdən dərhal sonra yüklənir. Hazır sayt dizaynları da satışdadır — tam yeni layihəyə başlamaq istəməyənlər üçün.

Hansı xidmət lazımdır?

Dəqiq bilmirsinizsə də olar — problemi danışın, hansı yolun uyğun olduğunu deyim.

Davamı