Kibercinayət mövzusunda araşdırmalar aparan jurnalistəm və eyni zamanda saytların texniki tərəfi ilə məşğulam. Bu iki iş burada birləşir: hücumun necə işlədiyini bilmək onu təmizləməkdə kömək edir.
Əvvəlcə ən vacib şeyi deyim: hack olunmuş saytı «bir fayl silib» düzəltmək olmur. Hücum edən demək olar ki, həmişə özünə geri qayıtmaq üçün bir neçə yol qoyur. Yalnız görünən zərəri təmizləsəniz, sayt bir neçə gündən sonra yenidən yoluxur.
Hack əlamətləri
- Google axtarışda saytın adının altında «Bu sayt kompüterinizə zərər verə bilər» yazısı
- Sayta girəndə başqa bir ünvana yönləndirilirsiniz — xüsusilə telefonda
- Saytda sizin qoymadığınız səhifələr görünür: dərman, qumar, ucuz brend reklamları
- Hostinq şirkətindən spam göndərildiyinə dair xəbərdarlıq və ya hesabın bağlanması
- Admin panelində tanımadığınız istifadəçi hesabları
- Sayt qəfildən ağırlaşıb — zərərli skriptlər resurs yeyir
- Google Search Console-da «Təhlükəsizlik problemləri» bildirişi
İlk saatda nə etməli: saytı söndürməyin və faylları təsadüfi silməyin — bu, həm sübutları, həm də bərpa imkanını itirir. Bunun əvəzinə bütün istifadəçilərin şifrələrini dəyişin, hostinq (cPanel/FTP) şifrəsini dəyişin və mümkünsə saytı müvəqqəti baxım rejiminə salın. Sonra baxılsın.
Virus sayta necə düşür
Demək olar ki, həmişə üç yoldan biri ilə:
- Köhnə plugin və ya şablon. Ən çox görülən səbəb. Məlum boşluğu olan bir plugin aylarla yenilənmir, avtomatik botlar isə bu boşluğu gecə-gündüz axtarır. Hücum adama görə yox, zəifliyə görə olur — «mənim saytım kiçikdir, kimə lazımam» düşüncəsi burada işləmir.
- Zəif şifrə. admin/admin123 tipli girişlər botlar tərəfindən dəqiqələr ərzində tapılır.
- Ortaq hostinq. Eyni hesabda duran başqa bir sayt yoluxub və oradan sizinkinə keçib. Bir hesabda on köhnə sayt saxlamaq ona görə risklidir.
Təmizləmə prosesi
- Nüsxə. Hazırkı vəziyyətin tam surəti götürülür — həm fayllar, həm baza. Təmizləmə zamanı nəsə səhv getsə, geri qayıtmaq mümkün olsun.
- Diaqnoz. Zərərli kodun harada olduğu tapılır: fayllarda, bazada, yoxsa server ayarlarında. Yoluxmanın nə vaxt başladığı jurnaldan çıxarılır.
- Təmizləmə. Zərərli kod silinir, dəyişdirilmiş sistem faylları orijinalı ilə əvəz olunur, bazaya yerləşdirilmiş skriptlər təmizlənir.
- Arxa qapıların bağlanması. Ən vacib mərhələ. Hücum edənin qoyduğu gizli giriş faylları, saxta admin hesabları, cron tapşırıqları və icazə dəyişiklikləri tapılıb ləğv edilir.
- Giriş yolunun bağlanması. Hücumun hansı boşluqdan keçdiyi tapılır və həmin boşluq bağlanır — yoxsa təmizləmə müvəqqəti olur.
- Google-dan xəbərdarlığın qaldırılması. Search Console-dan yenidən baxış sorğusu göndərilir. Xəbərdarlıq adətən bir neçə gündə götürülür.
- Hesabat. Nəyin tapıldığı, haradan girildiyi və nə edildiyi yazılı verilir.
Təmizlədikdən sonra
Təmiz sayt o deməkdir ki, bu dəqiqə zərərli kod yoxdur. Amma eyni boşluq açıq qalarsa, yoluxma təkrarlanır. Ona görə işin sonunda minimum bunlar qurulur:
- Bütün şifrələrin dəyişdirilməsi — WordPress, hostinq, FTP, baza
- Yeniləmələrin sahmana salınması: köhnə plugin və şablonların ya yenilənməsi, ya silinməsi
- İşlənməyən plugin və şablonların silinməsi — qurulmuş, amma söndürülmüş plugin də hücum üçün qapıdır
- Avtomatik ehtiyat nüsxə sisteminin qurulması
- Giriş səhifəsinin qorunması və cəhd limiti
Davamlı nəzarət istəyirsinizsə, aylıq baxım bunu əhatə edir: həftəlik yeniləmə, ehtiyat nüsxə və təhlükəsizlik yoxlaması.
Qiymət niyə əvvəlcədən deyilmir
Çünki işin həcmi baxmadan bilinmir. Bir saytda bir fayl zədələnib, başqasında minlərlə fayla kod yeridilib və baza da yoluxub. Ona görə əvvəlcə baxıram, sonra rəqəm deyirəm — və həmin rəqəm sonradan artırılmır.