ruN ruN DizaynMəhəmməd Türkmən
Xidmət

Canlı yayım sistemləri

İnternet TV, xəbər proqramı, vebinar və ya kanal yayımı. OBS Studio quraşdırılması, cihazların ayarlanması, bir mənbədən bir neçə platformaya yayım və efir qrafikasının hazırlanması.

Televiziyada baş efir rejissoru işləyirəm — yəni canlı yayımı hər gün praktikada aparıram. Studiyada nəyin işlədiyini və nəyin efirdə uçduğunu nəzəriyyədən yox, təcrübədən bilirəm.

Nə qurulur

  • OBS Studio quraşdırılması və ayarlanması — səhnələr, mənbələr, keçidlər, səs kanalları, qısayollar. Operator bir düymə ilə səhnə dəyişə bilsin.
  • Cihazların bağlanması — kamera, capture kartı, mikrofon, mikser, telesufler. Hansı kabel, hansı giriş, hansı ayar.
  • Yayım ayarları — bitrate, kodlaşdırma (x264 yoxsa NVENC), açar kadr intervalı, həlledici: internet kanalınıza uyğun ayar. Ən çox görülən səhv internetin dözdüyündən yüksək bitrate seçməkdir — bunun nəticəsi efirdə donmadır.
  • Çoxplatformalı yayım — eyni efirin eyni anda YouTube, Facebook və saytınıza getməsi.
  • Saytda canlı yayım bölməsi — yayımın saytda da göstərilməsi, arxivin saxlanması.
  • Ehtiyat ssenarisi — internet kəsiləndə nə olacaq, ehtiyat kanal necə işə düşəcək.

Efir qrafikası

Yayımın görünüşü məzmun qədər vacibdir: alt yazı zolağı (lower third), xəbər lenti, saat, loqo, qonağın adı, mövzu başlığı, reklam fasiləsi ekranı. Bunların hamısı bir paket kimi hazırlanır və operatorun bir kliklə çağıra biləcəyi şəkildə OBS-ə yerləşdirilir.

Qrafika hazırlanarkən nəzərə aldığım şeylər: mətn telefon ekranında da oxunsun, rənglər kanalın brendinə uyğun olsun, animasiya efirdə yük yaratmasın.

Kimlər üçün

  • İnternet televiziyaları və xəbər portalları — gündəlik xəbər proqramı
  • Redaksiyalar — təcili hadisə yayımı
  • Təlim mərkəzləri və şirkətlər — vebinar və daxili yayım
  • Bloggerlər — sabit, peşəkar görünüşlü kanal yayımı
  • Tədbir təşkilatçıları — konfrans və mərasim yayımı

Operatorun öyrədilməsi

Sistem nə qədər yaxşı qurulsa da, onu idarə edən adam bilməlidir. Quraşdırmadan sonra operatorla birlikdə bir efir aparırıq: səhnə dəyişmək, səsi tənzimləmək, qrafika çağırmaq, problem anında nə etmək. Qısa yazılı təlimat da qalır.

Efirdə ən çox nə sınır: təcrübəmdə birinci yerdə səs var — mikrofon səviyyəsi, əks-səda, kompüterin səsinin efirə düşməsi. İkinci yerdə internet. Üçüncüdə isə operatorun səhv səhnəyə keçməsi. Quraşdırma zamanı bu üçünə ayrıca vaxt ayırıram.

Saytla birləşdirmə

Xəbər portalı işlədirsinizsə, yayımın saytda da olması məntiqlidir: baş səhifədə canlı bölmə, yayım bitəndən sonra arxivə düşməsi, sosial şəbəkələrdə paylaşım üçün hazır ünvan. Bunu portalın özü ilə birlikdə qurmaq həm ucuz, həm düzgün olur.

Tez-tez verilən suallar

Hansı avadanlıq lazımdır?

Minimum: kamera (və ya yaxşı veb-kamera), mikrofon və kifayət qədər güclü kompüter. Peşəkar efir üçün capture kartı, mikser və işıq əlavə olunur. Hazırkı avadanlığınızı deyin — əlavə nə lazım olduğunu dəqiq deyim, lazım olmayan şey satmıram.

İnternet sürəti nə qədər olmalıdır?

Yüklənmə (upload) sürəti vacibdir, endirmə yox. 1080p stabil yayım üçün ən azı 10 Mbit/s upload və sabit kanal lazımdır. Ayarlar mövcud kanala uyğunlaşdırılır.

Eyni anda bir neçə platformaya yayım mümkündürmü?

Bəli. Bir mənbədən YouTube, Facebook və sayta paralel yayım qurula bilər. Bu, ya proqram təminatı, ya da xarici xidmət vasitəsilə edilir — hansının uyğun olduğu internet kanalınızdan asılıdır.

Efir qrafikasını sonradan özüm dəyişə bilərəmmi?

Mətn hissələrini bəli — ad, mövzu, başlıq operator tərəfindən dəyişilir. Dizaynın özünün dəyişdirilməsi üçün mənbə faylları sizə verilir.

Yayımınızı qurax

Hansı avadanlığınız var və nə yayımlamaq istəyirsiniz — bunu yazın, nəyin əlavə lazım olduğunu və quraşdırmanın nə qədər vaxt apardığını deyim.

Davamı