ruN ruN DizaynMəhəmməd Türkmən
Xidmət · Bakı

Bakıda sayt hazırlanması

Bakıda yerləşirəm — Xətai rayonunda. Lazım olanda üzbəüz görüşürük, lazım olmayanda isə hər şey uzaqdan aparılır. Aşağıda yerli biznes üçün nəyin fərqli olduğunu yazıram.

Sayt hazırlanmasının texniki tərəfi məkandan asılı deyil — kod hər yerdə eynidir. Amma yerli biznesin saytında bir neçə şey fərqlidir və Bakıda işləyən sahibkarlar üçün məhz onlar vacibdir.

Yerli axtarışda görünmək

Bakıda müştərilərin böyük hissəsi «yaxınlıqda» məntiqi ilə axtarır: «klinika Nəsimi», «usta Yasamal», «restoran Nizami rayonu». Bu axtarışların nəticəsini adi sayt deyil, Google Xəritə verir.

Ona görə yerli biznes üçün sayt tək başına kifayət etmir. Birlikdə qurulması lazım olanlar:

  • Google Business Profile — tam doldurulmuş: kateqoriya, iş saatları, xidmət siyahısı, real fotolar, telefon
  • Saytda ünvanın mətn şəklində yazılması — yalnız xəritə şəkli kifayət etmir, axtarış sistemi mətni oxuyur
  • Struktur məlumatı — ünvan, iş saatları və telefonun maşın oxuya biləcəyi formatda verilməsi
  • Məlumatların hər yerdə eyni olması — saytda, Google-da və sosial şəbəkələrdə ünvan və telefon hərfi-hərfinə üst-üstə düşməlidir. Fərq varsa, Google etibarı azaldır
  • Rayon səhifələri — xidmət bir neçə rayona çıxırsa, hər biri üçün ayrıca, real məzmunlu səhifə

Ən çox edilən səhv: ünvanı yalnız əlaqə səhifəsinin altına kiçik hərflərlə yazmaq. Yerli biznesdə ünvan və telefon saytın hər səhifəsində görünməlidir — həm müştəri üçün, həm də axtarış sistemi üçün.

Üzbəüz görüş

Layihənin əvvəlində bir görüş çox vaxt bir həftəlik yazışmanı əvəz edir. Bakı daxilində bu, problem deyil — ofisinizə gələ bilərəm və ya şəhərin mərkəzində görüşə bilərik.

Amma bunu məcburi etmirəm: müştərilərimin bir hissəsi ilə heç vaxt üzbəüz görüşməmişəm, iş tam uzaqdan aparılıb. Sizə hansı rahatdırsa.

Yerli şərtlərə uyğunlaşdırma

Hazır xarici şablonlar Azərbaycan üçün hazır deyil. Hər layihədə düzəldilən tipik məsələlər:

  • Telefon formatı — +994 və yerli operator kodlarının yoxlanması
  • VÖEN sahəsi — hüquqi şəxslərlə işləyirsinizsə, sifariş və müqavilə formalarında lazımdır
  • Ünvan quruluşu — rayon, qəsəbə, küçə məntiqinə uyğun sahələr (xarici şablonlarda «ştat» və «poçt indeksi» olur)
  • Ödəniş — yerli bank və ödəniş provayderləri ilə qoşulma, nağd variantının mütləq saxlanması
  • Azərbaycan hərfləri — ə, ğ, ş, ı hərflərinin kodlaşdırmada pozulmaması. Köhnə şablonlarda bu, hələ də rast gəlinən problemdir
  • Bayram təqvimi — iş saatları və çatdırılma bildirişləri üçün

Hostinq: yerli, yoxsa xarici

Auditoriyanız Bakıdadırsa, serverin yaxınlığı sürətə təsir edir. Amma yerli hostinqlərdə başqa məhdudiyyətlər ola bilir — məsələn PHP versiyasını özünüz dəyişə bilmirsiniz.

Praktikada ən yaxşı nəticəni Azərbaycan, Türkiyə və ya Almaniya serverləri verir. Seçim meyarlarını ayrıca yazmışam — qərarı ölçməklə veririk, reklamla yox.

İş necə gedir

  1. Danışıq — görüşdə və ya telefonda. Nə satırsınız, müştəriniz kimdir, saytın işi nədir.
  2. Qiymət və müddət — rəqəm olaraq deyilir, sonradan artırılmır.
  3. Dizayn — görürsünüz və təsdiq edirsiniz, kodlaşdırma ondan sonra başlayır.
  4. Qurulma və yoxlama — telefonda, planşetdə, kompüterdə ayrıca.
  5. Yayım — sayt canlıya çıxır, Google Search Console və Business Profile qurulur.
  6. İlk ay — kiçik düzəlişlər qiymətə daxildir.

Sahənizə uyğun səhifə

Konkret biznes növü üçün nəyin lazım olduğunu ayrıca yazmışam: onlayn mağaza, klinika, restoran, xidmət ustaları, tikinti şirkəti, turizm agentliyi, təhsil mərkəzi, vəkil, şəxsi sayt.

Tez-tez verilən suallar

Bakıdan kənarda da işləyirsinizmi?

Bəli. Müştərilərimin bir hissəsi digər şəhərlərdə və ölkədən kənardadır — iş tam uzaqdan aparılır. Görüş yalnız siz istəsəniz olur.

Ofisinizə gəlmək lazımdırmı?

Yox. İstəsəniz görüşürük, istəməsəniz hər şey yazışma və zənglə həll olunur. Təhvil də uzaqdan edilir.

Google Xəritədə qeydiyyat da sizə aiddir?

Bəli, saytla birlikdə Google Business Profile-ı qururam və ya mövcud olanı sahmana salıram. Yerli biznesdə bu, saytın özü qədər vacibdir.

Qiymət Bakıda daha bahadırmı?

Yox, qiymət məkandan asılı deyil — işin həcmindən asılıdır. Qiymətin maddələrini ayrıca yazmışam.

Bakıda görüşək və ya yazın

Nə istədiyinizi qısaca yazın — baxıb qiymət və müddət deyim. Görüş istəsəniz, Bakı daxilində razılaşarıq.

Davamı