ruN ruN Dizayn software & support
Çox sayda sifariş göndərildi. Bir neçə dəqiqədən sonra yenidən cəhd edin.
RunThumb — Xəbər və sosial şəbəkələr üçün şəkil hazırlama proqramı
7 gün pulsuz sınaq Windows proqramı

RunThumb — Xəbər və sosial şəbəkələr üçün şəkil hazırlama proqramı

RunThumb xəbər saytları, sosial şəbəkələr və video platformaları üçün peşəkar thumbnail və üz qabığı şəkilləri hazırlamağa imkan verən masaüstü proqramıdır. Başlığı daxil edin, arxa fon şəklini seçin və hazır dizaynı həm 16:9, həm də 9:16 formatında ixrac edin. 10 hazır şablon, toplu istehsal rejimi və brend parametrləri sayəsində eyni üslubda çoxsaylı şəkilləri sürətli hazırlamaq mümkündür.

Nə edir

  • 10 hazır dizayn şablonu
  • 16:9 və 9:16 formatlarında şəkil hazırlamaq
  • Hər iki ölçüdə eyni anda ixrac
  • Başlığın ölçüsünü və sətirlərini avtomatik uyğunlaşdırmaq
  • Toplu istehsal rejimi ilə çoxsaylı şəkillər hazırlamaq
  • Loqo, rəng, şrift və su nişanından ibarət brend paketi
  • Arxa fon şəklini dəyişmək, fokus nöqtəsini tənzimləmək
  • Şəkildə qaraltma və bulanıqlıq effektləri tətbiq etmək
  • Azərbaycan dilində böyük hərfləri düzgün göstərmək: İ, I, Ə
  • PNG və JPEG formatlarında ixrac
  • Hazır şəkli panoya kopyalamaq
  • Faylların adlarını avtomatik formalaşdırmaq
  • İnternetsiz işləmək və materialları lokal kompüterdə saxlamaq
  • Tam Azərbaycan dilində interfeys
Versiya1.0.2
AçarKompüterə bağlı
Tələblər: Windows
Demo yüklə Heç nə soruşmuruq — faylı dərhal endirirsiniz, içində 7 günlük lisenziya var. Bəyənsəniz, elə həmin quraşdırmada açarı dəyişirsiniz.

Lisenziya şərtləri

  • Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
  • Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
  • 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
  • Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.