Sintetik yağların üstünlüyü: Run Oil ilə yanacağa qənaət

Müasir avtomobillərdə tam sintetik mühərrik yağlarından istifadə həm mühərrikin məhsuldarlığı, həm də qənaət baxımından düzgün seçimdir.
Run Oil sintetik mühərrik yağları aşağı temperaturda yüksək axıcılıq xüsusiyyəti ilə seçilir. Bu, mühərrikin soyuq işə salınması zamanı onun detallarının daha sürətli və effektiv yağlanmasına kömək edir.
Sürtünmənin minimuma endirilməsi mühərrikin daha səmərəli işləməsinə, nəticədə isə yanacaq sərfiyyatının azalmasına şərait yaradır.
Run Oil texnologiyası mühərrikin qorunması, daha səmərəli işləməsi və ətraf mühitə atılan zərərli emissiyaların azaldılmasına töhfə verməsi ilə seçilir.