ruN ruN Dizayn software & support
Saytın sürətləndirilməsi
WEB / Sayt problemləri

Saytın sürətləndirilməsi

Saytınız yavaş açılır, səhifələr gec yüklənir və ziyarətçilər gözləmək məcburiyyətində qalırlar? Saytın sürətləndirilməsi xidməti ilə problemin səbəblərini araşdırır, performansa təsir edən amilləri müəyyənləşdirir və uyğun optimallaşdırma işlərini həyata keçiririk. Şəkillərin ölçüsünün optimallaşdırılması, keş (Cache) sazlamaları, CSS və JavaScript fayllarının təkmilləşdirilməsi, verilənlər bazasının yoxlanılması və digər texniki tədbirlər saytın daha sürətli işləməsinə kömək edə bilər. Hər sayt fərqli olduğundan görüləcək işlər mövcud vəziyyətə və texniki imkanlara əsasən müəyyən edilir. Saytınızı yoxlatdırın, uyğun həll yollarını öyrənin və sürətini artırmaq üçün fərdi texniki dəstək əldə edin.

Nə edir

  • Saytın mövcud sürətinin və performansının yoxlanılması
  • Yavaş yüklənmənin səbəblərinin araşdırılması
  • Şəkillərin optimallaşdırılması
  • Keş (Cache) sisteminin sazlanması
  • CSS və JavaScript fayllarının optimallaşdırılması
  • Verilənlər bazasının yoxlanılması və təmizlənməsi
  • Server və digər texniki amillərin qiymətləndirilməsi
  • Mobil cihazlarda yüklənmə sürətinin nəzərə alınması
  • Görülən işlərdən sonra nəticələrin yenidən yoxlanılması
  • Sayta uyğun fərdi optimallaşdırma həlli
Tələblər: Xidmətin göstərilməsi üçün saytınızın ünvanını və sürətlə bağlı müşahidə etdiyiniz problemləri təqdim edin. Mümkündürsə, saytın hansı səhifələrinin yavaş açıldığını da qeyd edin. İlkin qiymətləndirmədən sonra görülməsi tövsiyə olunan işlər və xidmətin dəyəri barədə məlumat veriləcək. Bəzi optimallaşdırma işləri üçün WordPress idarəetmə panelinə, hostinqə və ya server parametrlərinə giriş tələb oluna bilər. Belə girişlər yalnız zəruri olduqda və razılaşdırıldıqdan sonra təmin edilməlidir. Heç bir halda parolları sifarişin qeyd bölməsində paylaşmayın.
Pulsuz məsləhət

Hansı həllin sizə uyğun olduğuna əmin deyilsiniz?

Yazın və ya zəng edin — işinizi dinləyib uyğun proqramı, plugini və ya xidməti özüm seçim. Lazımsız xərc çəkməyinizə ehtiyac yoxdur.