RunMediaStudio — Sosial media studiyası (aylıq)
Video, foto və səs — hamısı bir proqramda. Bloger və media üçün masaüstü studiya: montaj, xəbər qrafikası, altyazı, səsləndirmə və 4K ixrac. Aylıq lisenziya — bir ay, bütün funksiyalar açıqdır.
Nə edir
- Video montajı: dörd yollu zaman xətti — video, üst qat, qrafika, səs
- Fotonu və ya ikinci videonu əsas görüntünün üstünə qoymaq (Adobe məntiqi)
- Önizləmədə videonun öz səsi eşidilir, tam ekran baxış var
- 33 xəbər şablonu, 12-si hərəkətli — rəngi, ölçüsü və yeri dəyişdirilir
- Foto redaktoru: 6 filtr, işıq, kontrast, vinjet, qat siyahısı
- Fotoya bir neçə səs qoşub MP4 kimi çıxarmaq
- Karaoke altyazı — oflayn işləyir, model lazım deyil
- Brend dəsti: rəng, şrift, loqo, su nişanı bütün şablonlara keçir
- 22 yazı şrifti daxildir, öz şriftini də yükləyə bilərsən
- AI Foto, AI Yazı, AI Səs — öz açarınla (OpenAI, Anthropic, Gemini, ElevenLabs)
- İxrac: MP4, MOV, WebM — 720p-dən 4K-ya, 9:16 / 4:5 / 1:1 / 16:9 / 4:3 / 21:9
- İnterfeys dörd dildə: Azərbaycan, English, Русский, Türkçe
Versiya1.0.6
AçarKompüterə bağlı
Tələblər: Windows 10/11, 64 bit · quaraşdırıcı 126 MB
Demo yüklə
Heç nə soruşmuruq — faylı dərhal endirirsiniz, içində 7 günlük lisenziya var.
Bəyənsəniz, elə həmin quraşdırmada açarı dəyişirsiniz.
Lisenziya şərtləri
- Açar aktivləşdirdiyiniz kompüterə bağlanır. Kompüteri dəyişsəniz, proqramdan «Ayır» edib yenisində işə salırsınız.
- Proqram internet olmadan da işləyir — açar müəyyən müddət yaddaşda saxlanılır.
- 1 il ərzində bütün yeniləmələr və quraşdırma dəstəyi qiymətə daxildir. Sonra da proqram işləməyə davam edir.
- Açarınızı paylaşmayın — paylaşım aşkar edildikdə lisenziya dayandırılır.