Open 24/7 · Baku and all of Azerbaijan

TikTok 100 milyon dollar ödəyir – Uşaqlar üçün yeni rejim

07.11.2026 14:18 · 0 baxış

58

ABŞ-da TikTok-la bağlı uşaqların platformadan istifadəsinə ciddi məhdudiyyətlər gətirilib.

Musavat.com xəbər verir ki, TikTok Alabama ştatında uşaqları platformadan həddindən artıq istifadəyə təşviq etmək iddiası ilə qaldırılmış məhkəmə işi üzrə razılığa gəlib.

Razılaşmaya əsasən, şirkət iddiaçı tərəfə 100 milyon dollar ödəyəcək və uşaqların TikTok-dan istifadəsinin məhdudlaşdırılması üçün bir sıra tədbirlər həyata keçirəcək.

Yeni qaydalara görə, Alabama ştatında uşaqların TikTok-dan istifadəsi gündə maksimum 2 saatla məhdudlaşdırılacaq. Bundan başqa, gecə saatlarında və dərs vaxtı uşaqların tətbiqə çıxışına məhdudiyyət qoyulacaq.

TikTok həmçinin valideynlərə övladlarının platformadan istifadəsinə daha geniş nəzarət etmək imkanı verəcək.

Musavat.com

Rentakar — demo rejimi · lisenziya al