07.11.20260

Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı

Bakıda 11 yaşlı uşağı avtomobil vurub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Qəs…

Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı

Bakıda 11 yaşlı uşağı avtomobil vurub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Qəsəbə ərazisində VAZ-2107 markalı avtomobil qəfil yola çıxaraq hərəkətdə olan motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, 2015-ci il təvəllüdlü R.Əsədov ağır bədən xəsarətləri alıb.

R.Əsədovun anası Şəfa Nəsibova bildirib ki, VAZ-2107-nin sürücüsü hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən VAZ-2107 markalı avtomobilin sürücüsü T.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Bütün filmlər

Janra görə süz, reytinqə görə sırala və dərhal izləməyə başla.

Kataloq
KINO.az — demo rejimi · lisenziya al